Hesabatını gizlədən şirkət CƏRİMƏLƏNDİ
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın ən iri nəqliyyat şirkətlərindən biri olan "Alliance Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati protokol tərtib edilib.
Ölkə.az Yurd.Media-ya istinadən xəbər verir ki, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc olunmayıb.
Buna görə də "Alliance Logistics” barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib.
MMC-nin nümayəndəsi izahatında göstərib ki, əməkdaşlıq etdikləri auditor şirkəti ilə müqavilə bağlanıb, hesabatın təqdim edilməsi ilə bağlı akt da mövcuddur. Lakin Sabunçu Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.
Xatırladaq ki, 2018-ci ildə yaradılan "Alliance Logistics”in rəhbəri Teymur Musayevdir.
Qeyd edək ki, ötən il "Alliance Logistics”in ümumi konteyner daşımalarının həcmi 50 000 TEU (20 futluq ekvivalent) təşkil edib. Daşımaların 57 %-i tranzitin payına düşüb. Yük axınlarının formalaşmasında Orta Dəhliz və Bakı–Tbilisi–Qars (BTQ) xətti əsas rol oynayıb. Çin istiqaməti isə ümumi daşımaların 30 %-ni formalaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 29 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















