Hesablama Palatası Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri müşahidə edilən hallar əsasında Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib. SİA xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, paketə kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər, onların şamil olunduğu qurumlar, vahid büdcə təsnifatı, büdcədənkənar dövlət fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimləmələrin yaradılması ilə bağlı tövsiyələr daxildir.
Sədr həmçinin qeyd edib ki, Palata dövlət maliyyəsi ilə əhatə edilən sahələr üzrə hüquqi aktlara, o cümlədən Vergi Məcəlləsində, "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə, dövlət investisiyalarının monitorinqi və qiymətləndirilməsi bağlı sənədlərin layihələrinə də münasibət bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















