Icma.az
close
up
RU
Hesablama Palatası Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələni Bulvar İdarəsinə irad tutdu MƏHKƏMƏ

Hesablama Palatası Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələni Bulvar İdarəsinə irad tutdu MƏHKƏMƏ

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində yoxlama zamanı Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələni idarəyə irad tutub.
Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə prosesdə bildirilib.
Belə ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Tərəflər prosesin qaldığı yerdən davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli deyib ki, müvəkkilinin səhhətində problemlər yaranıb:
"Kardioloqun rəyinə görə, onun ürək damarlarında 80 faiz tutulma var. Açıq əməliyyat mümkün olmadığı üçün stend qoyulub. Lakin həkimlər dedilər ki, onun həyatına ciddi təhlükə var və açıq ürək əməliyyatı olunmalıdır".
Vəkil müvəkkilinin səhəti ilə bağlı sənədlərin işə əlavə olunmasını istəyib. Sözügedən sənədlər iş materiallarına əlavə olunub.
Prosesdə zərərçəkən Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi sual-cavab qismində ifadə verib.
Sual-cavab zamanı İlqar Mustafayevin vəkili deyib ki, Hesablama Palatası idarənin tabeliyində olan şirkətləri ləğv etmədiyini müvəkkilinə irad tutub. O bildirib ki, Dənizkənarı Bulvar İdarəsinin əsasnaməsinə görə, bu şirkətləri ancaq Nazirlər Kabineti ləğv edə bilər.
Zərəçəkən tərəfin nümayəndəsi də Hesablama Palatasının iradı ilə razılaşmayıb.
 

Həmçinin vəkil İsmayıl Kəngərli başqa bir vəsatətini əsaslandırarkən deyib ki, Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində ezamiyyə məsələsi ilə bağlı 2003-cü ilin sənədlərinə istinad edib. Vəkil bildirib ki, bu sənəd küçə süpürülməsi ilə bağlı normalardır. O, sözügedən normativ aktının işə əlavə olunmasını istəyib. Məhkəmə vəsatəti təmin edərək sözügedən sənədi iş materiallarına əlavə edib.


Növbəti iclas dekabrın 17-nə təyin olunub.
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.
 

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.


İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Dekabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri