Icma.az
close
up
RU
Hesablama Palatası nöqtəni qoydu: Metroda bahalaşma olmamalıdır

Hesablama Palatası nöqtəni qoydu: Metroda bahalaşma olmamalıdır

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hesablama Palatası "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib. 

Audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib. Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib. 

Bundan əlavə, audit nəticələrinə əsasən, metropolitenin əsas fəaliyyət üzrə gəlirləri xərcləri 13,5 milyon manat üstələsə də, dövlət subsidiyalarının bir hissəsinin investisiya xərclərinə (əsaslı təmir və tikinti) yönəldilməsi maliyyə idarəçiliyində ziddiyyətlərə səbəb olub. Palata müәyyәn olunmuş nöqsanlarla bağlı bir sıra tövsiyələr verib. 

Qeyd edək ki, “Bakı Metropoliteni” davamlı olaraq ziyanla işlədiyini bildirir və hazırda hər gediş 50 qəpikdir. Hətta o da bildirilirdi ki, bir sərnişinin daşınması metropolitenə 70 qəpiyə başa glir. Hesablama Palatasının nəticələrinə görə isə bu, heç də belə deyil. 

Belə olan təqdirdə “Bakı Metropoliteni”ndə gediş haqqı nəinki artırılmalı, əksinə, azaldılmalı deyilmi? İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, istər yerüstü, istərsə də hava nəqliyyatında xidmətlərin maya dəyəri süni şişirdilir:

“Təəssüf ki, bu istiqamətdə göstərilən xidmətlərin maya dəyəri ilə bağlı açıqlama vermirlər. Bu açıqlamalar adətən gizli saxlanılır. 

Adətən biz həm metropolitenin, həm də digər xidmətlərin maya dəyərinin bahalaşması haqqında açıqlamlarına rast gəlirik. Mütəmadi olaraq bildirirlər ki, qiymətlər yüksəlməlidir, artırılmalıdır, çünki həm xidmət səviyyəsinin yüksəldilməsi, həm də maya dəyəri üzrə xərclərin artması bunu zəruri edir. 

Nazirlər Kabinetinə bu səpkili müraciətlərə tez-tez rast gəlirik. Lakin təəssüf ki, maya dəyərinin necə, hansı xərclər hesabına formalaşması barədə heç bir açıqlama verilmir. Bu, ictimaiyyətdən gizli saxlanılır. Nəticə etibarilə də həm dövlət büdcəsindən əlavə subsidiyalar alır, eyni zamanda da gediş haqqının artırılması tələbi ilə çıxış edirlər. İndi isə biz metropolitendə xidmət üzrə maya dəyərinin süni şəkildə artırıldığına dair rəsmi auditin nəticələrini görürük”. 

O bildirib ki, tariflərin artırılmasının kökündə əlaqədar qurumların maya dəyərinin artması səbəbilə qiymətlərin artırılması xahişi durur: 

“Hər dəfə artımlarla bağlı Tarif Şurası qərar verəndə, maya dəyərinin necə, hansı xərclər hesabına formalaşdığına dair açıqlama vermir. “Bakı Metropoliteni”ndəki auditin nəticələri onu göstərir ki, əslində Azərbaycanda Tarif Şurasının qəbul etdiyi qərarların kökündə dayanan maya dəyərinin artması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədi heç də ədalətli deyil. ““Bakı Metropoliteni”ndə gediş haqları artırılmalıdır, çünki maya dəyəri üzrə xərclər artır” kimi müraciətlərə rast gəlirik. Hesablama Palatasının bu yoxlaması onu göstərir ki, əslində bu, süni şəkildə formalaşdırılıb. 

Əslində maya dəyəri artmır, xərclərə qənaət etməklə nəinki gediş haqqını artırmamaq, hətta qismən də olsa aşağı salmaq mümkündür. Təəssüf ki, bizdə bu təcrübə olmayıb. Ona görə də “Bakı Metropoliteni”ndə qiymətlər aşağı düşməsə də, bu faktlar ortada ikən ən azından bir neçə il gediş haqqı bahalaşmayacaq. 

Dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə edilməməsi dövləti aldatmaqdır. Halbuki biz bu günə qədər eşidirdik ki, “Bakı Metropoliteni” ziyanla işləyir. Bu fakt onu göstərir ki, heç də ziyanla işləmirmiş, əksinə, gəlirlə işləyir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri