Icma.az
close
up
RU
Hesablama Palatasının nöqsan aşkarladığı Təhsil Tələbə Krediti Fondunu kimlər idarə edir? FOTOLAR

Hesablama Palatasının nöqsan aşkarladığı Təhsil Tələbə Krediti Fondunu kimlər idarə edir? FOTOLAR

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Hesablama Palatası ötən həftə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar etdi. Dövlət qurumu auditin Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə etdiyini və səmərəlilik auditi formasında keçirildiyini bəyan edirdi.

Hesablama Palatasının məlumatında yazılır: "Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılmış, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilmişdir.

Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmiş, bu xərclərin 1,8 mln. manatını əməyin ödənişi xərcləri təşkil etmişdir. Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21888 nəfər tərəfindən cəmi 45688 kredit müraciəti edilmiş, ondan 16799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36063 kredit rəsmiləşdirilmiş, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilmişdir.

Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25321, magistratura təhsil səviyyəsi üzrə 8841, orta ixtisas təhsili səviyyəsi üzrə 1622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilmiş, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanmışdır.

Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilmiş, eləcə kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmamışdır".

Bəs 100 milyon manatdan artıq maliyyə bazası olan Fondun arxasında hansı qüvvələr var?

Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevdir.

Araz Paşayevin bioqrafiyasında yazılır: "2000-ci ildə Şəki şəhəri 8 saylı beynəlmiləl tam orta məktəbini bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin bakalavriat səviyyəsi, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura səviyyəsi üzrə və 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2022-ci ildən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında əmək hüququ ixtisası üzrə doktorantura təhsili alır. Əmək fəaliyyətinə 2006-cı ildə başlayıb, indiyədək müxtəlif yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. 2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışır. A.Paşayev əmək fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyət ilə də məşğul olub. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İnsan resurslarının idarə olunması və korporativ mədəniyyət”, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistrlərüçün “İnsan resurslarının idarə olunması” fənlərini tədris edib. Hal-hazırda, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Əmək və sosial təminat hüququ fənnini tədris edir. A.Paşayev yerli və bir sıra beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşən layihələrdə potensial quruculuğu və institusional inkişaf üzrə ekspert qismində iştirak edib".

Lakin burada Araz Paşayevin 2021-ci ildən öncə olan biznes fəaliyyəti barədə heç bir cümlə keçmir.

Rüfət Mahmud faktoru

AzFakt.com xəbər verir ki, Araz Paşayev 2017-2021-ci illərdə "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub. Şirkət 2017-ci ildə təsis edilib.

Dövlət satınalmalarında aktiv iştirak edən bu şirkət əsasən konsultasiya sahəsində fəaliyyət göstərir. Şirkət indiyədək dövlət satınalmalarından milyonlarla manat məbləğində tenderlər udub.

Şirkət yaranarkən hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A ünvanı olub. Lakin 2022-ci ildə şirkətin hüquqi ünvanı faktiki ünvanına - Səbail rayonu Zərifə Əliyeva ev 55, 6-cı mərtəbə, 48-cü ofisə- dəyişdirilib.

Mətbuatda yazılanlara görə "UNİVERSİTAS-İNTERNATİONAL" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki hüquqi ünvanı Rüfət Mahmud adlı şəxsə məxsusdur.

Rüfət Mahmud əvvəllər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri və eyni zamanda "Maarifçi Tələbə Kredit” Fondunun İcraçı direktoru vəzifəsində çalışıb.

Rüfət Mahmudun yüksək vəzifəli şəxslərlə isti münasibətinin olduğu deyilir.

2021-ci ildə Təhsil Tələbə Krediti Fondu yaradılandan sonra Araz Paşayev "UNİVERSİTAS-İNTERNATİONAL" MMC-nin qanuni təmsilçisi vəzifəsindən çıxaraq Fondun İdarə Heyətinin sədri olub.

Xatırladaq ki, Hesablama Palatası auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınmış, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərmişdir.

Məsələ ilə bağlı Təhsil Tələbə Krediti Fondu münasibət bildirmədi.

bakunews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Yanvar 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri