Icma.az
close
up
RU
Həşimov: “İki top buraxdıqdan sonra komanda ruhdan düşdü”

Həşimov: “İki top buraxdıqdan sonra komanda ruhdan düşdü”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının IV turunda keçirilən “Neftçi” – “Şəfa” (4:1) matçından sonra qonaq komandanın baş məşqçisi Zaur Həşimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə ağır məğlubiyyət barədə fikirlərini bildirdi:

– Ağır və gərgin oyun oldu. Birinci hissədə rəqibə demək olar ki, imkan vermirdik, bütün zonaları bağlamışdıq, lakin sadəcə bir səhvdən “Neftçi” gözəl qol vurdu. İkinci tayma yaxşı başlayıb bərabərlik qolunu vursaq da, dərhal ardından iki top buraxdıq. Bu səhvlərdən sonra komanda ruhdan düşdü və sındı. Belə məğlubiyyətlərin də təcrübə baxımından faydalı olacağını düşünürəm.

Həşimov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Luis Felipenin zədəsi nə yerdədir?

– Zədəsi ciddiyə oxşayır. Sabah tam tibbi müayinədən keçdikdən sonra dəqiq cavab bilinəcək.

– Oyunun qırılma nöqtəsi qapıçının səhvindən sonra buraxılan ikinci qol oldu. Nicat Mehbalıyevin ardıcıl səhvləri komandada inamsızlıq yaradır. Gələcəkdə onunla bağlı hər hansı tədbir görüləcək?

– Biz Nicatı yenidən qazanmaq və Azərbaycan futboluna qaytarmaq istəyirik, ona görə də üstünə çox getmirik. Ümumiyyətlə, məğlubiyyətdə yalnız Nicatın günahı yoxdur. Bəli, həmin səhvdən sonra komanda çökdü, lakin bu, bizi ruhdan salmamalı, əksinə daha da bərkitməlidir.

– Start heyəti seçərkən hər hansı səhviniz oldu?

– Heyətlə bağlı heç bir peşmançılığım yoxdur. Bugünkü matça kim hazır idisə, onlar da meydanda idi. Umar Diavın start heyətdə yer alması isə rəqibin hücumlarının qarşısını almaq və fiziki mübarizə əzmindən istifadə etmək məqsədi daşıyırdı. Hesab bərabərləşdikdən sonra hücum xəttini gücləndirmək üçün əvəzetmələrə əl atmalı olduq.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Sentyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri