Zaur Həşimov: Hər iki komanda əsl yoldaşlıq matçına xas futbol nümayiş etdirdi
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Millimiz son oyunlarda elə də maraqlı və dinamik futbol sərgiləmir. Sanki, futbolçular psixoloji cəhətdən özlərini oyunlara kökləyə bilmirlər". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov deyib.
Mütəxəssis yığma üzvlərində milli ruhun yüksək olmadığını bildirib:
"Millidə rəqabət baxımından seçim çox deyil. Bu da futbolçulara təsirini göstərir. Bu məqam Latviya ilə oyununda da göründü. Hər iki komanda əsl yoldaşlıq matçına xas futbol nümayiş etdirdi. Latviya ilə görüşdə yaxşı mənada xüsusi seçilən futbolçumuz olmadı. Macarıstanla qarşılaşmadan gözləntim fərqlidir. Doğma meydanda oynamağımız üstünlüyümüzdür. Azarkeşləri sevindirmək lazımdır. Bunun üçün Riqadakı matçdan fərqli, daha istəkli olmaq lazımdı. Millimizdə milli ruhun yüksək olmadığı fikiri ilə razıyam. Əlbəttə, bunu bütün futbolçulara aid etmirəm. Yığmada yerli məşqçinin işləməsinin tərəfdarıyam".
Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün "Liv Bona Dea Arena"da keçiriləcək. Oyunun start fiti saat 20:00-da səslənəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















