“Azərsun Holdinq” həssas qrupdan olan əhaliyə yardım etdi
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkənin iqtisadi sferasında mühüm rol oynayan “Azərsun Holdinq” sosial məsuliyyət ənənəsinə sadiq qalaraq həssas əhali qruplarına dəstək olub. Milli-mənəvi dəyərlərə xüsusi önəm verən şirkətlər qrupu mütəmadi olaraq xeyriyyə və humanitar təşəbbüslərlə çıxış edir.
Holdinq bu il də Novruz və Ramazan bayramı münasibətilə minlərlə ailəyə bayram sovqatı çatdırıb.
Ötən il ərzində çoxsaylı korporativ sosial məsuliyyət və humanitar layihələri həyata keçirən şirkət bu missiyanı növbəti mərhələdə də davam etdirəcək.
“Azərsun Holdinq” hazırda 20 mindən çox insanı daimi işlə təmin edərək ölkədə məşğulluğun artırılmasına mühüm töhfə verir. 35 illik təcrübəyə malik şirkətlər qrupu bu gün də öz fəaliyyətini uğurla davam etdirir.
Baxış sayı:149
Bu xəbər 19 Mart 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















