Icma.az
close
up
RU
Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti Qubadlıda olub FOTO VİDEO AZƏRTAC

Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti Qubadlıda olub FOTO VİDEO AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubadlı, 10 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 10-da işğaldan azad olunan Qubadlı rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqları Zəngilan Beynəlxalq Hava Limanında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Nümayəndə heyəti hava limanı ilə tanışlıqdan sonra Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilən uşaq bağçasında görülən işlərə baxış keçirib.

Məlumat verilib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Qubadlı rayonunda da tikinti-quruculuq işləri görülür. Hazırda yenidən qurulan Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40,27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır.

Vurğulanıb ki, üç korpus və iki mərtəbədən ibarət olacaq 80 yerlik uşaq bağçasının Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilməsi sevindirici haldır və qonşu Rusiya dövlətinin Azərbaycanla sıx dostluq münasibətinin bariz nümunəsidir.

Qonaqları səfərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see505

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see231

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see190

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see147

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see140

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see139

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see137

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see133

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see133

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see131

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see128

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see127

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see126

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see122

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see121

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri