Həyat elə bu anlardır Zülfiyyə Xanbabayevanın ad günüdür
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Xalq artisti Zülfiyyə Xanbabayeva ad gününü qeyd edir.
Axşam.az xəbər verir ki, müğənni özəl günü münasibətilə sosial şəbəkədə maraqlı video paylaşıb. Sənətçi paylaşımında həyatın kiçik anlarının qədrini bilməyin, sevdiklərimizə vaxt ayırmağın və özümüz olmağın vacibliyindən söz açıb:
“Özünüzə, sevdiklərinizə vaxt ayırmağı unutmayın… Hərdən axşamlar fikrə gedirəm: niyə bu qədər tələsirik? Harasa qaçırıq, nəyisə çatdırmırıq, kiməsə nəyisə sübut etməyə çalışırıq. Amma həyat elə bu anlardır: sakitlikdə, səhər qəhvəsində, doğma bir insana səbəbsiz açılan zəngdədir.
Çox vaxt dərindən nəfəs almağı unuduruq. Mükəmməl görünməyi, başqalarının gözləntilərini doğrultmağı özümüzə borc bilirik. Hərdən gün ərzində edə biləcəyiniz ən cəsarətli addım sadəcə bir anlıq dayanıb “stop” deməkdir. Özümə özüm olmaq haqqını verirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















