Icma.az
close
up
RU
Həyat mənasızdır, amma hər şeyin bir mənası var: Orxan Saffari yazır...

Həyat mənasızdır, amma hər şeyin bir mənası var: Orxan Saffari yazır...

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Çox yox, cəmi on, iyirmi, lap olsun əlli sonra bu günün istənilən müzakirə mövzuları unudulacaq, yaxud ən yaxşı halda bulanıq və ya gülüşlə xatırlanacaq. İstər siyasi mövzuların gedişatı, istərsə də məişət məsələlərinin bütün tərəfləri-hər şey, hər şey sükuta, unudulmağa məhkumdur.

Elə insan da.

Ən yaxşı halda hansısa kadrlarda tanımadığınız insanlar tərəfindən baxılan, heç fərqinizdə belə olmadıqları insan olacaqsınız. Cəmi bir əsr sonra isə sizdən bu dünyada bir məzar belə qalmaya bilər.

Sahib olduğunuz, daha dəqiq, sahib olmaq üçün həyatınızı verdiyiniz hər şeyə başqaları sahib çıxacaq.

Uğrunda qanlar tökülən əxlaqi dəyərlər də sıradan bir məsələlərə çevrilərək.

Məsələn, qadınlar ərlərinə etdiyi xəyanətə görə öldürülməyəcək, əksinə, bəzən çox adi hal kimi qəbul olunaraq ən yaxşı halda boşanacaqlar. O cümlədən bu gün qadınlara yaraşdırılmayan hər şey qəbul ediləcək. Onda məhz bu gün olanların heç bir mənası qalmış olmayacaq.

Mübarizə aparılan əksər anlamlar da boş olacaq, heç bir məna ifadə etməyəcək.

Daşıdığınız sosial statuslar tarixin bir parçası olmaya da bilər.

Bəs onda nədir həqiqət? Yaşamın dəyişməsi, hər dəfə yeni insan modeli, yeni dəyərlər, yeni, yeni, yeni, hara qədər?

Bəlkə də, elə bu, həyatın fəlsəfəsidir.

Min illərdir, “fəlsəfə nədir?” sualının ən klassik cavabı “axtarmaq, sual verməkdir”.

Əslində, fəlsəfə nə axtarmaq, nə də sual verməkdir.

Fəlsəfə hər şeyi olduğu kimi qəbul etmək, başa düşməkdir.

Çünki insan yanlız idarə edə biləcəyi nəsnələrin gedişatını dəyişə bilir. İnsan ancaq özünü nələrləsə mənalandıra bilir.

Daha dəqiq, bu cür:

“Həyat mənasızdır, amma hər şeyin bir mənası var”

İndi hər şey bir qırağa, necə pis, lazımsız olduğunuzu bilmək, özünüz öz gözünüzdən düşmək istəyirsinizmi? Məsələn, anadangəlmə lütlənərək güzgü qarşısına keçin və bir neçə dəqiqə özünüzə baxın.

Baxın, görün, özünüz öz gözünüzdə necəsiniz? Cəmi bir neçə dəqiqə əvvəl sizi şarmlı geyimlərdə gözəl göstərən, simanıza məna verən geyimlər olmayanda necə olursunuz.

İnsanın yarpaqdan çıxıb paltara keçməyi də bu idi: “Özünü ifadə etmək, mənalandırmaq.”

Bu gün geyim kimi sizə məna verən digər şeylər də var.

Düşüncəniz, işiniz, sosial statusunuz, dəyərləriniz, yaşam şərtləriniz.

Biriniz yaltaqsınız, biriniz qorxaq. Biriniz yaxşısınız, biriniz əclaf. Hər şey, hər şey sizin mənanızdır, amma hamısı mənasızdır.

Axı siz bunlarsız, ən azı biri olmadan heç kimsiniz. Siz insanlara susqunkən, fəaliyyətsiz lazım da deyilsiniz. Məsələn, bir neçə adamın olduğu, çox da tanınmadığınız məclisdə sonadək susqun qalmağa çalışın. Əlbəttə, kimsə sizdən nə olduğunu soruşacaq, amma bu, onların narahatlığı deyil. Bu, “danış, bilim”dir, “mənalan”dır.

İnsanlar həmişə cavablar, izahlar və sözlərlə özlərini ifadə etməyə çalışırlar, amma əslində, ən dərin bilik səssizlikdə gizlənir. Bu səssizlik isə fiziki olaraq susmağınız deyil, şablon olsa da, içiniz səsidir.

Əgər bir anlıq susaraq eşitsəniz, onda ətrafda olan hər şeyin səsiniz eşidəcəksiniz. Küləyin də, ağacın da, daşın da, insanın da-hər şeyin. Bu səs onların mənası, var olmasıdır.

İnsanın özünü ifadə eləməsi varoluş sancılarıdır. Elə deyilən səslər də budur: “Varoluş”

Yaxud, dayanın bir yerdə və hər gün bir daşa baxın. Günlərin bir günü o daş artıq sizin üçün mənalanacaq, adiləşəcəkmi, ya necəsə.

Təkrar:

Bəlkə də fəlsəfə hər şeyin cavabını tapmağa çalışmaq deyil, hər şeyi olduğu kimi qəbul etməkdir.

Bu anlayışda məntiq və analiz itir, çünki burada sadəcə saf bir “varlıq” qalır. Sən nə çayın axışına müdaxilə edə, nə də ağacın kölgəsini dəyişə bilməzsən, nə daşa xüsusi bir şey edə.

Sən yalnız onların bir hissəsi ola bilərsən, və bəlkə də bu, həqiqətin ən dərin təzahürüdür.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri