Icma.az
close
up
RU
“Nədir həyatın mənası?” Orxan Saffari yazır...

“Nədir həyatın mənası?” Orxan Saffari yazır...

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Fəlsəfə tarixində həyatın mənası ilə bağlı ilə yüzlərlə fikir, düşüncə forması var. Konfutsi, Budda, Zərdüşt, Sokrat-kimlər cavab axtarmayıb?!

Əgər həyatın mənası sualına cavab axtarılsa, ortaya yeni suallar da çıxır:

Yaxşı, nədir həyat dediyimiz nəsnənin mənşəyi? Həyatı dəyərli edən şey nədir? İnsanın axtardığı həyatın məqsədi nədir?

Varmı bütün suallara cavab?

Müxtəlif nəzəriyyələrdə müxtəlif cür yozulan bu məsələyə dolğunluğa yaxın bir cavab da həyatın mənasının məhz ölümlə sonlanmağıdır. Əslində, hər filosof, ümumən hər insan bu sualı tapdığını düşünüb.

Məsələn, Konfutsi cəmiyyət, Budda isə insanın özüylə həmhahəng olmasını həyatın mənası kimi qəbul edirdi, görürdü.

Yaxud da, Sokrat insanın sahib olduğu dəyərlərin üzərinə düşünüb şüurlu yaşamanın əhəmiyyətinin həyatın mənası olduğunu deyirdi.

Çox yəqin, aydın və aydın olmağa çalışan insanlar üçün həyatın mənası budur:

“Öyrənmək”

Yaxud, bəlkə də, bir bənd şeir qədər sadə:

“Yaşamaq yanmaqdır, yanasan gərək
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmırsa yaşamır demək
Onun da mənası yanmağındadır.”

Xülasə, nə min illərdir dəqiq bir cavab var, nə də çox güman, min ildən sonra olacaq.

Doğrudan, nədir həyatın mənası? Söhbət, əlbəttə, fərdlərin öz həyatlarını mənalandırmaqlarından getmir, yaxud hansısa primitiv “Mənim üçün həyatın mənası budur, odur söhbəti” etmək deyil məsələ.

“Həyatın mənası nədir?” sualının cavabı yoxdur. Necə ki, yoxdur xoşbəxtliyin nə olmasının cavabı və qafiyəsi.

Yaxşı, bəs cavabsız suala cavab axtarmaq özünü mənalandırmaqdır, ya həyatı?

Bəlkə elə həyatın mənasının nə olduğu aydınlaşsa, həyat, doğrudan da mənasız ola bilər?

Yaxud, doğrudan da bəşəriyyət əmin olur ki, həyat birmənalı olaraq mənasızdır?!…

Həyatın mənasını tapmaq istəyən adam, gərək, ümumiyyətlə, onu axtarmasın.

Şair demiş, sənin axtardığını itirməyiblər.

Məsələn, insana nisbətdə heyvan həyatı olduqca mənasızdır. (İnsanlar arasında) Bir heyvan həyatını necə mənalandırmaq olar? Heyvan öz həyatına necə məna qatır? Onlar insana nisbətdə heç bir iş görmürlər və bütün bu məsələlər haqqında da düşünmürlər. Heyvanlar həyatın mənasız olduğunu necə bilsin? İnsan qədər olmasa da, şüura, hissə sahibdirlər axı. Məsələn, bir it hər gün eyni günü yaşamaqdan bezmirmi? Bir pişik usanmırmı?

Fromm deyirdi ki, “insanlar hər şey haqqında danışırlar, amma həyatın mənası haqqında soruşanda ya əzbərdən bir-iki şey deyirlər, ya da kəkələyirlər”

Görünür, bu suala cavab axtarmaq lazım deyil və öyrənmək lazımdır.

Və yaxud, elə min illərdir, həyatı mənalandırmağa çalışan Din məsələsi.

Əslində, bu gün nə fəlsəfədə, nə də başqa bir yerdə bu sualın dəqiq cavabı var. Təkcə Din-dən başqa. O, sorğulamadan, düşünməyə vadar etmədən həyatın mənasını göstərir və bu sualın mahiyyətindən bir az da uzaqlaşdırır.

İnsanın Dinə sığınma istəyi, əslində, həm də budur: – Həyatın mənasını tapmaq.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Yanvar 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri