Icma.az
close
up
RU
Atalar sözləri müqəddəsdirmi? Orxan Saffari yazır...

Atalar sözləri müqəddəsdirmi? Orxan Saffari yazır...

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan cəmiyyətinin böyük hissəsi “Atalar sözləri”-nin müqəddəs olduğunu düşünür. Hətta əksər azərbaycanlılar tez-tez bu cür sözlər işlətməsə, əhvalı təlx olur. Adam var, çoxlu atalar sözü bildiyi üçün el-oba gözündə savadlı insan kimi də tanınır.

Necə deyərlər, el gücü, sel gücü.

Əlbəttə, atalar sözlərinin müqəddəs olması, ilk növbədə inkarçılığın olmamasında, hər deyilənlə barışmaqdan, alternativ düşünə bilməməkdən xəbər verir.

Söz yox, heç kim də “Atalar sözləri” bizim deyil, bu sözlər pisdir, gəlin tamamilə imtina edək, verək düşmən işlətsiz kimi sözlər demir.

Ancaq nədir bu sözlər? Bəlkə, bunun ziyanlı tərəfləri də var? Doğrudanmı bu gün bir insana atalar sözlərinin vacibliyi mütləqdir? Yaxud, artıq funksionallığını itiribmi?

Ümumiyyətlə, atalar sözləri müyyən zamanda, müəyyən konktekstə, konkret bir məsələ ətrafında yaranıb. Bunun özü bu sözlərin çox da əhəmiyyətli, dəqiq olmadığını göstərir.

Məsələn, təxminən belə:

Bir adam tələsib, baxıb deyiblər, “tələsən təndirə düşər”. Sonra nə olub? Tələsməyərək iş görmək istəyən adama da deyiblər, “bu günün işini sabaha qoyma”.

Daha dəqiq, bu sözlər yarandığı zamanın qorxusu, narahatlıqları qarşısında yaranan təbii məsələdir.

Konkret deyilsə, atalar sözləri özlüyündə fatalizmi ehtiva edir. Atalar sözləri insanı mahiyyətcə pessimizmə, mübarizə aparmamağa, hər şeyi qəbullanmağa səsləyir. Məsələn, “Qismətində varsa, qaşının altındadır, yoxdursa, qaşının üstündə də olsa, sənlik deyil”.

Və yaxud, “Qismətdən artıq yemək olmur”. 

Atalar sözlərinin bir-birini təkzib etməsi, onların dərin fəlsəfəsinin, kökünün olmamasına işarədir, doğrudan da, onların müəyyən zamanda və müəyyən konteksdə yaranmasını göstərir.

Atalar sözlərinə olan son dərəcə inamı “avtoritet kompleksi” deyə də adlandırmaq olar. Bu sözlərə müqəddəs demək, artıq ona qarşı müqavimət hissini itirməkdir.

Müasir dövrdə atalar sözlərinin bir çox dəyərlərə ziyanı da var. Məsələn, atalar sözləri həm də özlüyündə cinsi ayrı-seçkilik yaradır. Misal üçün, “Qız yükü, duz yükü”.

Eyni zamanda, xeyli atalar sözü sosial təbəqə arasında ziddiyyət yaradır, aşağılamağa çalışır. Uşaqlarla bağlı olan atalar sözləri, qadınların aşağılanması-bir sözlə, xeyli mənfi anlayışlar atalar sözlərində öz əksini tapıb. Demək, atalar sözü müasir dövrdə ilk növbədə aktuallığını itirir.

Atalar sözləri eyni zamanda insanı səriştəsizliyə, başına gələn pis hadisələrə qarşı müqavimətdənsə, barışmağa çağırır: “Hər işdə bir xeyir var”.

Atalar sözləri həm də daha çox Şərqin məişətinə hesablanıb deyə, Qərbin aforizmlərinə uduzub. Qərb aforizmləri konkret fəlsəfəyə, bəşəri məsələlərə söykənir, atalar sözləri isə mahiyyətcə hansısa rayona, qəsəbəyə aid edilir.

Məsələn, “Əyri oturaq, düz danışaq” deyə bilinən atalar sözünün kökü nədir?

Bu, bir növ insana “mövqeyin, işin, əməllərin əyri olsa da olar, ancaq danışığın düz olsun” deyir. Bəs bu doğrudurmu? Məgər bu zidddiyət təşkil etmirmi? Fəlsəfədə bu, xüsusi ilə Hegelin qarşı çıxdığı, əməlin və sözün fərqli olması məsələsidir.

Kant “İnsan heç vaxt vasitə deyil” desə də, Şərqdə atalar sözü “İti it qovdurarlar” deyir və özlüyündə həm də alətə çevrilmənin loyallaşdırılmasıdır.

Əlbəttə, atalar sözləri həm də zamana və konktekstə uyğun olsa da, əksərən öz təsdiqini tapıb, tapır və çox yəqin, tapacaq da. İstənilən halda bu yaşamın bir qaydasıdır, insan yaşayırsa, başına hadisələr gələcək və bu hadisələr müəyyən sözlər, aforizmlərlə mənalandırılacaq.

Ancaq aktullağını qoruyub saxlayacaq, ehtiyac olacaqmı?

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri