Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Bir Fərəc Quliyev hekayəsi Orxan Saffari yazır…

Bir Fərəc Quliyev hekayəsi Orxan Saffari yazır…

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gündür ki, gördüyüm bütün ictimai-siyasi dostlarımdan Fərəc Quliyevi soruşuram.

Deyirəm, onu necə xatırlayırsınız, hansı yaxşı hərəkəti yadınızdadır?

Bütün cavablar belə olub:

“Xatırlamıram, unutmuşam, o hardan yadına düşdü? Ay daa, hə, Fərəc”.

Bəli, Fərəc Quliyev unudulmaqda olan siyasətçidir və bu, olduqca ədalətli yanaşmadır.

Onun keçdiyi siyasət yolu ilk baxışda adama maraqlı görsənir, ancaq ikinci baxışda çox da mənalı olmadığını görürsən. Üçüncü baxışı isə etmirsən. Adamın gözü yorulur.

Fərəc Quliyev bu ömür yolunda özünü düz iki dəfə prezidentliyə namizəd olaraq gülünc vəziyyətə salıb.

Olsun, dərd deyil, bir balaca səs də veriblər ki, sevinsinlər. Məncə də, Fərəc Quliyevin digər insanlar kimi xoşbəxt olmağa haqqı var. Ancaq elə bilirəm, hərdən özü də inanır buna. Birinci dəfə namizədliyini irəli dürtmək başadüşüləndir. Ancaq ikinci dəfə mübahisəlidir. Atalar üçdən deyib, Fərəc müəllim. Bu dəfə də verin, Allahı köməkliyi ilə yenə seçilməyəcəksiniz.

Fərəc Quliyevin “Bizə qalan yeyib-içmək olacaq, əsas gəzməkdi” deyimini siyasətdə yaşayır. Ona qalan da namizədliyini verməkdi, əsas iştirak eləməkdir deyir.

Deyəsən, Fərəc Quliyevdə hər il hansısa tədbirdə könüllü olmaq istəyən tələbə sevinci var.

Eyni zamanda sədri olduğu Milli Dirçəliş Hərəkatı da digər partiyalardan heç nəyi fərqlənmir. Vikipediyaya baxan olmasa, belə bir partiyanın varlığından da xəbərdar olmaz heç kim. Görünür, Fərəc Quliyev buna “Partiyadır da, qalıb orda, cibimi ha deşmir” düşüncəsi ilə yanaşır.

Özü Sambo üzrə idman ustası olsa da, siyasi fəndləri olduqca zəifdir, yıxılır. Siyasi tatamilərdə oyana-buyana atırlar.

Fərəc Quliyevin müstəsna biabırçılıqları bununla da yekunlaşmır.

Belə ki, o, həbs olduğu müddətdə yazdığı 5 kitabı da götürüb gedib Anarı obyektinə, deyib, qoy bura da üzv olum.

Ümumiyyətlə, ora-bura üzv olmaq, komitələrdə hərlənmək Fərəc Quliyevin hobbisidir.

Fərəc Quliyevin həyatında hər şey mənasız deyil. Nisbətən bir yaxşı hərəkəti var, o da Əbülfəz Elçibəyin verdiyi “Milli qəhrəman” adından imtina etməyidir. Əgər səmimidirsə, Milli qəhrəman adını özünə yaraşdırmadığına görə ona dərin, yağlı bir təşəkkür düşür.

Fərəc Quliyev macəraları bununla da bitmir. Yeganə insandır ki, başını Milli Məclisdə girələdiyi vaxtlarda çıxışları sayır, hətta mətbuata nə qədər müsahibə veribsə, ərinməyib onları da hesablayıb.

Sən demə, 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış edib.

Əgər o təkliflərdən biri də xalqın yadındadırsa, xeyir veribsə, it olub iclas zalında ulayaram.

Üstəlik, özünün hesablama maşınına görə, 6529 sayt və qəzetdə müsahibə və çıxışları olub. 190 dəfə televiziya çıxıb.

Belə baxıram, medianı elə Fərəc Quliyev işğal edibmiş.

Bu məqamda suallar yaranır. Ay Fərəc müəllim, 6529 çıxışı saymağın özü bir dərd. Bu çıxışların 6520-si sizin qara qaşınıza, gözünüzə qurban. Məni o sondakı doqquz çıxış yandırır. O doqquş çıxışın da səkkizi mənim təpəmə dəysin, birində nə demisiniz?

Ümumiyyətlə, Azərbaycan mətbuatına bu qədər zərbə nəyə gərəkdir? Bu boyda çıxışdan sonra unudulmaq heç nə demirmi?

Üstlik, elə bilirsiniz tək bunlarla yekunlaşır? Əlbəttə, xeyr. Fərəc müəllim sosial adamdır, heç bir faydası olmayan ünsiyyətləri xoşlayır. Bu səbəbdir ki, yenə özünün yalançısıyam, demə, 932 vətəndaş qəbulu keçirib.

Bunlardan 343-ü seçki dairəsində yerləşən deputat ofisində olub. 98 dəfə də məhəlli görüş keçirilmişdir. Keçirilən qəbullarda deputata ümumilikdə 2031 müraciət edilmiş, bunlardan 1680-i öz həllini tapmışdır.

Mən bu məsələyə obrazlı belə yanaşardım:

“Deputata 2031 nəfər müraciət edib, onlardan 1680-i Fərəc Quliyevi yerində tapa bilməyib, qalanları isə problemlərin həlli üçün görən kimi arxasınca qaçıbmış”.

Fərəc Quliyevin “Savaşımın 60 anı” adlı kitabı var. Əvvəla, Fərəc Quliyevin hansı savaşı varsa, araşdırılmalıdır. Görəsən, Fərəc müəllim özü ilə savaşıb? Nə vaxt savaşdı ki, biz də görmədik? Bəlkə, divara zada yumruq atıbmış? Ya Sambodakı fəaliyyətini siyasətə aid edir?

Fərəc Quliyevdə nəinki 60, heç savaşın bircə anı da yoxdu.

Ancaq şair demiş, “Savaşmayın, sevişin!”

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Aprel 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri