Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı

Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Səbail rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan Elməddin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə prosesdə şahid qismində Firəngiz Rəsulova ifadə verib.

O bildirib ki, təqsirləndirilən Elməddin onun baldızının həyat yoldaşıdır: "Elməddin Xatunun boynundan boğazından bıçaq xəsarəti yetirib. Arxadan gəldi, Xatın uşağı yatızdırırdı. Mən qoymadım, ancaq o vurdu. Vurandan sonra sürüklədi gətirdi bu biri otağa, saçından tutub bıçaqla vururdu. Hadisə onların kirayə qaldığı evdə olub. Əvvəllərdə mübahisələri olub, sonuncu mübahisə həmin gün səhər olmuşdu. Hadisənin baş verməsinə səbəb telefonda Elməddinin başqa qızla vatsap yazışmaları olub. Polisi mən zəng etdim çağırdım".

Elməddin İsmayılov sərbəst ifadə verib: "Yoldaşıma 3 bıçaq vurmuşam, ekspert 9 bıçaq yazıb. Hadisə vaxtı özümdə olmamışam, günah məndə olub. Yoldaşım mənim telefonumda votsapda qızla danışığımı tutub. Mən işdə idim, həmin yazışmanı skrin eləyib mənə atdı. Mən dedim birdə belə şey olmaz. Amma aramızda mübahisə bitmədi. Mən işdən çıxıb kafedə spirtli içki olan pivə içdim, gəldim evə. Aramızda mübahisə oldu, bıçağı götürüb böyrünə vurdum. Ani oldu, gördüm əllərim qanın içindədir. Həmin vaxt evdə qonşuluqda yaşayan qaynımın arvadı da var idi. O da hadisəni görüb qışqırırdı. Təcili yardıma yığdım. Sonra getdim iş yerimə, orda dedimki, belə bir cinayət eləmişəm. Sonra polis çağırdılar".

Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Xatın İsmayılova ifadə verərək bildirib ki, həyat yoldaşını bağışlayıb: "Hər bir insanın həyatında belə bir hadisə olur. Elməddinin votsapını yönləndirmişdim öz nömrəmə. Gördüm ki, o, başqa qızla yazışır. Hadisə olan gün qardaşımın yoldaşı ilə uşaqlarımı həyətdə gəzdirirdim. Gəldim evə, gördüm ev dağınıqdır, Elməddin paltarlarını yığışdırıb getmək üçün. Biz gördük ki, Elməddin oturub pilləkəndə. Mən uşağı yelləyirdim yatırtmaq üçün, otaqda çevriləndə gördüm ki, Elməddin bıçaqla dayanıb başımın üstündə. Vurduqdan sonra otaqda sürüdü məni. Ekspert bıçaq xəsarətləri ilə bağlı nə varsa, onunla bağlı rəy verib. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şikayətim yoxdur, uşaqlarımın atasıdır, mənə pis həyat yaşatmayıb. Qorxuram türmədən çıxar gələr yenə mənə xəsarət yetirər".

Daha sonra prosesdə məhkəmə istintaqının yekunlaşması ilə bağlı qərar qəbul edib. Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edib. Məlum oldu ki, Elməddin İsmayılov əvvəllərdə Ucar Rayon Məhkəməsinin hökmü ilə 152.2-ci (yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkələr etmə) maddəsi ilə məhkum olunub. Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici hal kimi isə himayəsində azyaşlı övladının, könüllü gəlib təslim olmasını göstərib. Prokuror onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edərək Elməddin İsmayılova daha yüngül maddə ilə cəza verilməsini xahiş edib. Elməddin İsmayılov son sözlə çıxış edərək ədalətli qərar çıxarılmasını xahiş edib.

Məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə görə Elməddin İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edildi.

Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.

Elməddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 26 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri