Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu Təfərrüat
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bərdədə həyat yoldaşının ölümü ilə nəticələnən qəzada təqsirləndirilən Nadir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə N.Həsənov 5 il azadlıqdan məhrum edilib . O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
İttihama görə, hadisə bu il mayın 24-də Bərdənin Mehdixanlı kəndi ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi 66-BG-465 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobili yol kənarındakı arxa aşırıb. Nəticədə maşında olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.
Məlumata görə, hadisə vaxtı M.Həsənov və həyat yoldaşı ilə birlikdə bacanağıgildə təşkil edilən məclisdən gəlirlərmiş. M.Həsənov məclisdə spirtli içki qəbul edəndən sonra öz avtomobili ilə hərəkətə başlayıb. O, rayonun Mehdixanlı kəndində idarəetməni itirib və avtomobil yolun kənarındakı su arxına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Noyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















