Icma.az
close
up
RU
Həyatı mübarizə kimi yaşayan müəllim döyüşçü

Həyatı mübarizə kimi yaşayan müəllim döyüşçü

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Həyat mübarizədir. Həyat sadəcə var olmaq deyil. Həyat yaşadaraq yaşamaqdır”.

Bu sözlər təsadüfi deyilməyib. Onu deyən insan bu fikirləri həm həyatında, həm də döyüş meydanında sübut etmiş bir şəxsdir. Vətən Müharibəsi iştirakçısı, baş leytenant, müəllim Əli Abbasov qələmi ilə də, silahı ilə də Vətənə xidmət edən ziyalıdır.

Əli Abbasov 19 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Bu gün o, Bakı şəhərinin Qızıldaş qəsəbəsində yerləşən Şəhid Azər Namazov adına 180 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Onun dərsləri təkcə fənn bilikləri ilə deyil, həm də vətənpərvərlik ruhu ilə yadda qalır. Çünki o, danışdıqlarını yaşayan, öyrətdiklərini isə əməli ilə sübut edən müəllimlərdəndir.

Əli Abbasov əslən Yardımlı rayonunun Dağüzü kəndindəndir. Halal zəhmətə söykənən ailə tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılıq onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. Bu dəyərlər onun həyat yolunun mənəvi bünövrəsini təşkil edib. Məhz bu bağlılıq onu Vətən çağıranda tərəddüdsüz ön cəbhəyə aparıb. O, İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan zabitlərdəndir.

44 gün davam edən Vətən müharibəsində baş leytenant Əli Abbasov ağır və şərəfli döyüş yollarından keçib. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərinin işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə fəal iştirak edib. Bu döyüş yolunun ən çətin və yaddaqalan məqamlarından biri 5 noyabr 2020-ci il tarixində Daşaltı uğrunda gedən döyüşlər olub.

Həmin gün Əli Abbasov top mərmisinin partlaması nəticəsində kəllə-beyin travması almasına baxmayaraq, xəsarətinə görə təxliyədən imtina edib və döyüşü tərk etməyərək xidmətini davam etdirib. Bu, zabit andına və döyüş yoldaşlarına sədaqətin nadir nümunələrindəndir. Azərbaycanın qürur yeri, tariximizin və mədəniyyətimizin simvolu olan Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə isə əsl Azərbaycan zabitinə xas mərdlik və iradə nümayiş etdirib. O döyüşlər təkcə silahların deyil, ruhların və iradələrin toqquşması idi və Əli Abbasov həmin sınaqdan üzüağ çıxanlardandır.

Göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilib. Əli Abbasov “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, III dərəcəli “Xidmətdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Bu təltiflər onun döyüş yolunun, vətənə sədaqətinin rəsmi təsdiqidir.

Müharibə bitdi, amma onun xatirələri bitmədi. Əli Abbasov yaşadıqlarını, gördüklərini, itirdiyi döyüş yoldaşlarının əziz xatirəsini yaşatmaq üçün qələmə sarıldı. Nəticədə “Mən orda idim” adlı kitab ərsəyə gəldi. Bu kitab sadəcə xatirələr toplusu deyil, səngərdən gələn səs, barıt qoxulu günlər, şəhidlərin susmayan harayıdır. Müəllif müharibəni bəzəmədən, olduğu kimi oxucuya təqdim edir.

Əli Abbasovun həyat yolu bir həqiqəti bir daha təsdiqləyir: Vətənə xidmət təkcə döyüş meydanında olmur. Bu xidmət sinif otağında, kitab səhifələrində, gənc nəslin yaddaşında da davam edir. O, bu gün şagirdlərinə yalnız ədəbiyyatı deyil, Vətəni sevməyi, dəyər bilməyi, mübariz olmağı öyrədir.

Belə insanlar cəmiyyətin dayağıdır. Onlar tarix yazmır, tarixi yaşayırlar. Əli Abbasov kimi müəllim-döyüşçülər olduqca bu xalqın gələcəyinə inam daha da möhkəmlənir.

Samir Əsədli
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri