Icma.az
close
up
RU
Legioner həyatı yaşayan yerli furbolçular STATİSTİKA

Legioner həyatı yaşayan yerli furbolçular STATİSTİKA

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında beynəlxalq fasilə zamanı komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Millinin martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün portuqaliyalı mütəxəssisin seçdiyi heyət belədir:

Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”)

Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Mert Çelik (“Səbail”), Bəhlul Mustafazadə (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Rahil Məmmədov (“Radomiak”, Polşa), Zamiq Əliyev (“Eqnatia”, Albaniya), Rəhman Daşdəmirov (“Sabah”), Elvin Cəfərquliyev (“Qarabağ”).

Yarımmüdafiəçilər: Aleksey İsayev (“Qarabağ”), Coşqun Diniyev (“Çorum”, Türkiyə), Elvin Camalov (“Neftçi”), Şahin Şahniyarov (“Qəbələ”), İsmayıl İbrahimli (“Zirə”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Ozan Can Kökçü (HJK, Finlandiya), Toral Bayramov (“Qarabağ”).

Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Xəyal Əliyev (“Sabah”), Renat Dadaşov (“Radomiak”, Polşa), Ağadadaş Salyanski (“Neftçi”), Mahir Emreli (“Nürnberq”, Almaniya), Musa Qurbanlı (“Qarabağ”).

25 nəfərdən ibarət hazırlanan siyahıda 6 legioner həyatı yaşayan yerli futbolçu var: Rahil Məmmədov, Zamiq Əliyev, Coşqun Diniyev, Ozan Can Kökçü, Renat Dadaşov və Mahir Emreli.

Ölkə xaricində çıxış edən milli üzvlərinin cari mövsümdəki göstəricilərinə nəzər yetirək:

“Radomiak”ın şərəfini qoruyan Rahil bütün turnirlər daxil 14 matçda iştirak edib. Məmmədov bu görüşlərdə heç bir qol və məhsuldar ötürməylə yadda qalmayıb.

“Eqnatia”da forma geyən Zamiq bütün turnirlər daxil 32 oyunda iştirak edib. Əliyev bu müddət ərzində 1 qolla yadda qalıb.

Hazırda “Çorum” (5) və bundan öncə “Bodrumspor”un (25) heyətində çıxış edən Coşqun 30 matçda forma geyib. Diniyev “Çorum”un heyətində 2 qola imza atdığı halda “Bandırmaspor” formasıyla 2 məhsuldar ötürmə edib.

HJK-nın heyətində 22 oyuna çıxan Kökçü cəmi 1 qol vura bilib.

Rahillə eyni komandada – “Radomiak”da forma heyən Renat yeni klubunun heyətində çıxdığı ilk 3 matçda 2 qola imza atıb. O, bundan öncə çıxış etdiyi “Ankaragücü”ndə İşə 17 görüşdə forma geyib və 2 qol, 1 məhsuldar ötürməylə yadda qalıb.

“Nürnberq”in üzvü Mahir ümumilikdə komandası üçün 16 matçda forma geyib. O, hələ ki, 4 qol və 1 məhsuldar ötürməyə nail olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Mart 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri