Icma.az
close
up
RU
Həyatımda silinməz izlər buraxan bu dövr üçün minnətdaram TƏLƏBƏLƏR DANIŞDI SORĞU

Həyatımda silinməz izlər buraxan bu dövr üçün minnətdaram TƏLƏBƏLƏR DANIŞDI SORĞU

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tələbəlik hər zaman olduğu kimi insan həyatında özəl illərdən sayılır. Bu illər geri qayıtması mümkün olmayan illərdir. Universitet həyatı boyu bir çox yaxşı və pis xatirələr olur. Tələbələr bu illəri gah sevinc, yaxud da kədər dolu anlarla yaşayırlar. Bəs tələbələrin hiss və düşüncələri necədir? Dörd illik tələbəlik həyatı tələbələrin dünyagörüşünə və təəssüratlarına hansı təsirləri göstərmiş, hansı izlər buraxmışdır? SİA bu barədə tələbələr arasında sorğu keçirib.

Tələbə Əli Məlikov: "Tələbəlik illəri bir gəncin yenicə çiçəklənən ömrünün ən günəşli zamanlarındandır. Bu vaxtlarda insan özünü düşünməyə məcbur hiss edir. Mənim tələbəlik illərim mənim ömrümün bir parçası olmaqla, mənə yeni dostlar, bölünməz bağlar və ən əsası biliyin nələrə qadir olduğunu göstərmişdir.

Yaxşı yanları olduğu qədər, insana çətin anlar da yaşada bilən tələbəlik, içimdəki “mən” anlayışını qavramaqda mənə hədsiz yardım edib. Zaman deyə adlandırdığımız bu gedişdə həm yaranın, həm də məlhəmin eyni anda bətnimizə təsiri məhz tələbəlik illərinin bizim güclü insan olmağımıza yardımını açıq-aydın göstərir".

Tələbə Zeynəb Qələndərli: "Dörd illik tələbəlik həyatı gənclərin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Bu illər ərzində tələbələr müxtəlif insanlarla tanış olur və sosial bacarıqlarını inkişaf etdirirlər. Müxtəlif müəllimlərlə ünsiyyət onların düşüncə tərzini və dünyagörüşünü zənginləşdirir. Eyni zamanda, bu illər çətinliklərlə mübarizə aparmağı və məsuliyyətli olmağı öyrədir. Xüsusilə də ailədən kənar yaşayan gənclərə. Universitet mühiti tələbələrə sərbəst düşünmək və fikir azadlığını qiymətləndirmək imkanı yaradır.Tələbəlik illərində əldə edilən dostluqlar bəzən ömürlük davam edir. Bu dövr xatirələrlə zəngin, duyğusal və fərqli hisslərlə dolu olur. Tələbələr bu illər ərzində həm elmi biliklər, həm də həyat təcrübəsi qazanırlar. Beləliklə, dörd illik tələbəlik həyatı onların yaddaşında silinməz izlər buraxır".

Tələbə İzzət Əliyev: "Dörd illik tələbəlik həyatım mənim üçün bir məktəb oldu, yalnız elm yox, həyat məktəbi. Universitetə daxil olanda utancaq və qapalı idim, amma indi cəmiyyət içində sərbəst danışa bilirəm. Müxtəlif bölgələrdən olan insanlarla tanış oldum, onların düşüncə tərzini öyrəndim. Tələbəlik mənə öyrətdi ki, hər insanın bir hekayəsi var və dinləməyi bacarmaq da bir mədəniyyətdir. Fakültəmizdə keçirilən seminarlar və tədbirlər mənim dünyagörüşümə ciddi təsir etdi. Artıq hadisələrə təkcə öz baxışımdan yox, fərqli aspektlərdən də baxmağı bacarıram. Dörd il ərzində həm özümü tanıdım, həm də həyatın iç üzünü gördüm. Gələcəkdə diplomdan çox bu qazandıqlarım işimə yarayacaq".

Tələbə Aytəkin Musayeva: "Dörd il...Görünüşdə sadəcə bir zaman dilimi kimi gəlir, amma içində nələr var, bir bilsəniz. Bu illər mənim üçün sadəcə dərsə gedib-gəlmək deyildi. Bu illər həm həyat məktəbi, həm özümü tanıma səyahəti oldu.

İlk gün universitetin qapısından addım atanda bir az həyəcanlı, çoxlu arzularla dolu idim. Tanımadığım insanlar, yad auditoriyalar, fərqli mühit...Amma zamanla hər şey mənə doğmalaşdı. Elə bil bu divarların içində başqa bir "mən" doğuldu. Tələbəlik mənə insanları anlamağı öyrətdi. Müxtəlif bölgələrdən gəlmiş, fərqli xasiyyətlərə sahib insanlarla bir qrupda oxumaq, birlikdə gülmək, birlikdə üzülmək... Bu illər mənim dünyagörüşümə rəng qatdı, daha tolerant, daha anlayışlı bir insan etdilər məni. İmtahan gecələri var idi - gözümün içi qızarmış, yorulmuş, amma yenə də nəsə öyrənməyə çalışırdım. Bəzən uduzur, bəzən qalib gəlirdim,lakin hər dəfə bir az daha böyüyürdüm. O gecələrin yorğunluğu indi bir xatirədir, içində çoxlu güc və səbir olan xatirə...İndi geriyə baxanda anlayıram ki, tələbəlik sadəcə bir mərhələ deyildi. Bu mənim həyatımın ən gözəl fəsli idi. Həm çətin,həm gözəl. Həm ağrılı, həm sevincli. Amma hər anı dəyərlidir. Bu illər mənim qəlbimdə heç vaxt silinməyəcək, illər keçsə də təbəssümlə xatırlanacaq izlər qoydu".

Tələbə Bəylər Muxtarov: "Dörd illik tələbəlik məni sosial etməyə, insanlarla daha çox münasibətdə olmağa kömək etdi. Cəmiyyətdə hansı mövqeyə yönəlməyin daha faydalı olduğunu anlamağa başladım. Əvvəllər çox şeyi yalnız televiziyadan və sosial şəbəkələrdən bilirdim, indi isə hadisələrin arxa planını analiz edə bilirəm. Regionşünaslıq sahəsində öyrəndiklərimiz mənim dünya görüşümə böyük təsir göstərdi. Xüsusilə, bölgələrarası fərqliliklər və inteqrasiya mövzuları mənə çox maraqlı gəldi. Universitet illərində qazandığım dostluqlar və müəllimlərimizin tövsiyələri mənə yol göstərdi. Çox çətin günlərimiz də oldu, amma bu çətinliklər bizi daha dözümlü etdi. İndi başa düşürəm ki, tələbəlik təkcə oxumaq deyil, həm də yaşamaq sənətidir".

Tələbə Zeynəb Babayeva: "Dörd illik tələbəlik həyatı, gənclərin dünyagörüşünü genişləndirən və onların şəxsiyyətinə dərin təsir göstərən bir dövrdür. Bu müddət ərzində tələbələr akademik biliklər əldə edir, lakin eyni zamanda sosial əlaqələr qurur və müxtəlif mədəniyyətlər haqqında anlayışlarını genişləndirirlər. Universitet həyatının verdiyi sərbəstlik onlara məsuliyyət hissini inkişaf etdirməyə və müstəqil qərarlar qəbul etməyə imkan yaradır. Müxtəlif mühazirələr, seminarlarda iştirak etməklə tələbələr analitik düşünmə bacarıqlarını artırır və problemlərə kreativ yanaşma öyrənirlər. Sosial tədbirlər və tələbə təşkilatları isə onların ünsiyyət bacarıqlarını gücləndirir və komanda işinə alışdırır. Bu dövrün sonunda tələbələr yalnız diplom almır, həm də həyatda uğurlu olmaq üçün vacib olan şəxsi keyfiyyətlərə sahib olurlar. Tələbəlik illəri onlara həyatın çətinlikləri ilə necə mübarizə aparmağı və yeniliklərə açıq olmağı öyrədir. Dörd illik bu təcrübə onların yaddaşında dərin izlər buraxır və gələcək həyat yolunu müəyyənləşdirməyə kömək edir".

Tələbə Cavidan Bayramov: "Bu dörd il mənim üçün həm öyrənmək, həm də formalaşmaq dövrü oldu. Düzünü desəm, universitetə gələnə qədər dünyagörüşüm çox məhdud idi. Amma müxtəlif fənlər, xüsusilə beynəlxalq münasibətlər və geopolitik mövzular mənim düşüncəmi genişləndirdi. Müəllimlərin yanaşması və verdiyi bilgilər mənə təkcə dərslərdə yox, həyatda da lazım olacaq bacarıqlar qazandırdı. Həmçinin, tələbə yoldaşlarımla etdiyimiz müzakirələr, debatlar mənim ifadə qabiliyyətimi artırdı. Ən əsası isə bu illər mənim hədəflərimi aydınlaşdırdı, artıq nə istədiyimi daha yaxşı bilirəm. Həyatımda silinməz izlər buraxan bu dövr üçün minnətdaram".

Tələbə Rəfiqə İsmayılova: "Dörd illik tələbəlik həyatım unuda bilməyəcəyim ən gözəl çağdır. Bu illər ərzində alim və professorlardan mühazirə dinlədim, dünyagörüşüm isə məhdud dairədən kənara çıxıb olduqca genişləndi. Ən başda da insanların necə dəyişkən xarakterli olduğunu, onlardan yaxşı və ya pis hər şeyin gözlənilən olduğunu öyrəndim.Qısacası, insanları tanımaq bacarığı formalaşdı. Bəzən çətinliklər olsa da, onların öhdəsindən gəlib daha dözümlü oldum. Tələbə yoldaşlarımla keçirdiyim əyləncəli anlar, imtahan həyəcanı xatirəmin ən gözəl guşəsində yer alır.Bunu da deyim ki, tələbəlik illəri özümü tanımağımın, kəşf etməyimin başlanğıcı olubdur. Bu illər mənim həyatımın günəş çağıdır, o çağ ki heç vaxt işığı xatirəmdə sönməyəcək".

Müəllif: Günel Fərzəliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see284

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see149

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see142

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see125

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see123

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see122

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see120

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see119

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see119

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see119

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see119

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see118

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see117

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see117

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see116

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see115

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see113

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18 İyun 2025 11:17see113

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see112

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri