Icma.az
close
up
RU
Şagird və tələbələr ancaq qiymət almaq üçün öyrənirlər Psixoloq DANIŞDI

Şagird və tələbələr ancaq qiymət almaq üçün öyrənirlər Psixoloq DANIŞDI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir həyat tərzinin gətirdiyi stress, sıxıntı, gərginlik insanların həyatına mənfi təsir göstərir. Bu da müxtəlif psixoloji və nevroloji problemlərə səbəb olur. Bunlardan biri də unutqanlıqdır. Yəni artıq bəzi insanların beyni yorğun və diqqəti o qədər əskik olur ki, ən kiçik informasiyanı belə uzunmüddət yadında saxlaya bilmir. Buna görə də çox vaxt xüsusilə də şagird və tələbələr əzbərləmək üsulundan istifadə edirlər.

Bəs məlumatı yaddaşda uzun müddət qorumaq üçün hansı üsuldan istifadə etmək olar?

Bu barədə NLP üzrə mütəxəssis, psixoloq Babək Bayramov Redaktor.az-a açıqlamasında bildirib ki, əsas məsələ insanın nəyə diqqət yetirdiyi və özü üçün maraqlı hesab etdiyidir:

"Əslində, əzbərləmənin heç bir faydası yoxdur, çünki əzbərlənilən bilik sadəcə imtahan üçün, dərsdən yaxşı qiymət almaq üçün və s. istifadə olunan yolaverici, müvəqqəti üsuldur.  Öyrənmək isə bilikləri qavrama, mənimsəmə və həzmetmə deməkdir. Həmin bilikdən faydalanma məqsədilə onu mənimsəyir, özününküləşdirirsən. İnsanın nəyisə yadda saxlaması üçün onunla maraqlanması lazımdır, çünki diqqət etdiyin zaman onu öyrənməkdən ötrü öz daxili resurslarını səfərbər edərsən. Praktik həyatda işə yaramayan bilik lazımsızdır, bu uzunqulağı kitabla yükləməyə bənzəyir. Bu şəkildə olanda o, biliyi gəzdirir, amma fərqində olmur, faydalana bilmir”.

B.Bayramovun sözlərinə görə, insanlar öyrənmək üçün ilk növbədə həmin biliyin onlara nə verəcəyini bilməlidir:

“Bu gün, əsasən, şagird və tələbələrdə müşahidə olunur ki, sadəcə qiymət almaq üçün öyrənirlər və həmin informasiyanın həyati əhəmiyyətlərini çox dərk etmirlər. Buna görə də öyrənmək istədiyin şeyin sənə nə qatacağından əmin olmaq lazımdır. Yaddaşın bəzi informasiyaları qısamüddətli və ya uzunmüddətli yadda saxlaması üçün müəyyən yaddaş texnikaları var".

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see294

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see258

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see232

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see212

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see134

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see129

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see128

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see124

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see124

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri