Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

U 17 millisi Gəncədə

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

Həyatın hökmü KnutHamsunun hekayəsi

Həyatın hökmü KnutHamsunun hekayəsi

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün tanınmış Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Knut Hamsunun anım günüdür.

Kulis.az onun "Həyatın hökmü" hekayəsini Azad Yaşarın tərcüməsində təqdim edir.

Bu əhvalatı mənə yazıçı G. nağıl etmişdi:

Kopenhagen limanında Vestervol adlanan bir bulvar var - yeni salındığı üçün hələlik əsasən bomboş olur. Orada evlər və fənərlər də azdır, insanlar isə, demək olar ki, heç gözə dəymir. Hətta indinin özündə, yəni yayda da, orada gəzişənlər az tapılır.

Dünən axşam həmin bulvarda bu indi danışacağım əhvalat gəldi başıma.

Mən arın-arxayın orada irəli-geri gəzişirdim. Qarşıdan mənə tərəf bir xanım gəlirdi. İkimizdən başqa, deyəsən, bu həndəvərdə bir kimsə yox idi. Fənərlər yansa da, mən qaranlıqda onun cizgilərini heç cür seçə bilmirdim.

"Çox yəqin, bu, adi "gecə quşudur" - deyə düşünməklə, onun yanından yellicə ötüb- keçdim.

Bulvarın o başına çatanda geri döndüm. Qadın da artıq geri qayıtdığı üçün yolda rastlaşdıq. Düşündüm ki: "Bəlkə də o, burada kimisə gözləyir. Amma maraqlıdır: kimi?".

Təkrar onun yanından keçib getdim.

Üçüncü kərə qarşılaşanda şlyapamın ucunu azca qaldırmaqla, ona üz tutdum:

- Axşamınız xeyir! Çox yəqin, burada birisini gözləyirsiniz?

Qadın diksindi. Yox... Hə də, yəqin, o, kimisə gözləyirmiş...

Bəlkə də yolunu gözlədiyi o kişi gələnə qədər mənim onunla birgə gəzişməmə etiraz eləməz, hə?

Təşəkkürlər, qadın buna etiraz eləmədi.

Birlikdə gəzişməyə, ordan-burdan danışmağa başladıq onunla və bir ara mən bu xanımın qoluna girməyə cəhd göstərdim.

Qadın isə bundan nəzakətlə imtina elədi.

Düzünə qalsa, orada gəzişməyi əyləncə adlandırmağa heç adamın dili də dönmür, həm də mən o qaranlıqda qadının üz-gözünü hələ də seçə, görə bilməmişdim. Saata göz atmaq üçün kibrit yandırdım və onun şöləsi bir anlığa qadının çöhrəsini işıqlandırdı.

- Onun yarısıdır, - dedim.

Qadın üşüyürmüş kimi büzüşdü. Mən də bu uyğun məqamdan istifadə edərək soruşdum:

- Sizə soyuqdursa, bəlkə bir yerə gedib, nə isə içək? "Tivoli"yə gedəkmi? Ya da "Nasional"a?

O dilləndi:

- Amma gördüyünüz kimi, mən buradan ayrıla, harayasa gedə bilmərəm.

Diqqət yetirincə gördüm ki, o, üzünə uzun bir matəm tülü salıbmış.

Qaranlıqda bunu seçə bilmədiyimə görə üzrxahlıq elədim. Elə həmin an niyə görəsə belə qərara gəldim ki, bu qadın - sadəcə gecə sərgüzəştlərinə düşkün biridir.

Ona dedim:

- Qoluma girin. Belədə isinmiş olarsınız.

Bu dəfə o, təklifimə etiraz eləmədi.

Bulvar uzunu bir neçə dəfə var-gəl elədik. O, yenə də saatı soruşdu.

- Ondur, - dedim. - Harada yaşayırsınız ki?

- Hammel Konqevayda.

Ayaq saxladım. O da dayandı. Təklif elədim:

- İzn versəydiniz sizi binanızın ta qapısına qədər ötürərdim?

- Yox, buna elə bir ehtiyac yoxdur, - dedi. - Buna dəyməz... Siz Bredqadda yaşayırsınız?

Heyrətlə soruşdum:

- Bunu haradan bildiniz ki?!

- Mən sizi tanıyıram, - dedi qadın.

Kəlmə kəsmədən biz işıqlı küçələrlə irəliləyirdik. O, yeyin getdiyi üçün üzündəki uzun tülü külək uçururdu. Mənə təklif elədi:

- Gəlin, bir az yeyin gedək.

Hammel Konqevayın girişinə çatanda o mənə tərəf döndü ki, təşəkkür eləsin. Mən qapını açınca, qadın tələsmədən binaya girdi, mən də qapını çiynimlə saxlamaqla, onun ardınca içəri keçdim. Bunun ardınca, o özü mənim qoluma girdi. Hər ikimiz ağzımıza su alıbmış kimi susurduq.

Birlikdə üçüncü mərtəbəyə qalxıb, dayandıq. O, açarla giriş qapısını, sonra daha bir qapını açıb, təkrar qoluma girdi. Hansısa otağa girdik onunla. Orada divar saatının çıqqıltısı eşidilirdi. Qəfildən qadın bir anlığa duruxdu, qucaqlamaqla, məni cəld və çılğın bir şəkildə öpdü.

Sonra mənə:

- Oturun, - dedi. - Burada, divandaca oturun. Mən isə işığı yandırım.

Maraqla ətrafıma göz gəzdirdim. Son dərəcə geniş və yüksək zövqlə döşənmiş bir qonaq otağında idim, buradan qonşu otaqlara qapılar açılırdı. Ancaq hələ də harada və kimin qonağı olduğumu heç cür anlaya bilmirdim.

- Əcəb rahat yermiş! Siz burada yaşayırsınız?

- Hə, bura - mənim evimdir, - dedi.

- Sizin evinizdir? Burada valideynlərinizlə birgə yaşayırsınız?

Qadın gülümsədi:

- Yox, canım, mən - yetkin bir qadınam. Siz bundan tamamilə əmin ola bilərsiniz.

O, paltosunu və tülünü çıxartdı.

Yaşı təxminən iyirmi iki ilə iyirmi dörd arasında olardı, sağ əlinə taxdığı üzük isə onun həqiqətən evli bir qadın olduğuna dəlalət edirdi. Onu canalıcı bir dilbər saymaq olmazdı, çünki həm üzü çilliydi, həm də qaşları yox dərəcəsindəydi. Ancaq qadının qanının coşub-daşdığı aşkar sezilirdi, həm də dodaqları göz oxşayırdı.

Bir istədim ondan adını, əgər varsa, ərinin kimliyini, özümün isə harada olduğumu soruşum, ancaq ağzımı heç açmağa macal tapmamış o mənim marağımı öz öpüşləriylə susdurdu. Sonra isə dedi:

- Adım Hellendir. Nə isə içmək istərdiniz? Mən bir zəng etməliyəm. Siz isə hələlik yataq otağına keçin.

Yataq otağına keçdim. Qonaq otağının işığı buraya da süzülürdü. Bir cüt yataq vardı burada. Hellen zəng vurmaqla, mənzilə şərab gətirilməsini buyurdu. Şərab gətirdikdən sonra qulluqçu qadının mənzili tərk etdiyinə şahid oldum. Az sonra Hellen də yataq otağına girdi və kandardaca ayaq saxladı. Mənə tərəf daha bir addım atandan sonra çığıraraq, üstümə şığıdı.

Bütün bunlar dünənki axşam baş verib.

Bəs dünən daha nələr olmuşdu? Hə, indi də onları danışacağam sizə.

Oyandığım vaxt hava artıq işıqlanmışdı. Gün işığı çəkili pərdələrin ardından otağa süzülürdü. Hellen də oyanmışdı. Dərindən köks ötürməklə o mənə gülümsədi. Əlləri bəmbəyaz məxməri xatırladırdı, döşləri isə dimdik idi. Ona nələrsə pıçıldadım, bunun ardınca dodaqlarımız uzun və şux bir öpüş üçün bir-birinə qovuşdu. Sonra səhər gündüz ilə əvəzləndi.

İki saatdan sonra mən yataqdan qalxdım. Hellen də əynini geyindi. Qəfildən elə bir şey baş verdi ki, mən hələ də onun təsirindən özümə gələ bilməmişəm - bu, qorxunc bir mənzərə idi. Əlüzyuyanın yanında dayandığım vaxt Hellen qonşu otağa keçmək üçün qapını açanda, mən də geri qanrıldım ki, onun ardınca baxım. Həmin an ayazlı külək üzümə vurdu - demə, o biri otağın pəncərələri laybalay açıq imiş. Otağın tən ortasındakı uzun masanın üstündə isə bir meyit vardı. Bəyaz geyimli, ağ saqqallı mərhum kişi tabutun içində uzanmışdı. Onun kəfənin altından sezilən arıq dizləri qəzəbdən düyünlənən yumruqları xatırladırdı adama. Saralmış bənizi isə adamı dəhşətə gətirirdi. Parlaq gün işığında mənim qarşımda məhz belə bir səhnə açılmışdı. Heç nə deyə bilməyəcəyim üçün üzümü geri çevirməyə məcbur qaldım.

Hellen geri döndüyü vaxt mən artıq əynimi geyinmişdim və onu tərk etməyə hazırlaşırdım. Mənə sarıldığı vaxt buna hər hansı qarşılıq vermədim. O da geyimli halda məni qapıya qədər ötürmək qərarına gəldi. Yanaşı addımladığımız zaman sanki mənim dilim-ağzım tutulmuşdu.

Binanın girişinə çatanda o, divara sığındı ki, başqaları onu görüb-tanımasın və pıçıldadı:

- Hələlik.

Düz gözlərinin içinə baxaraq soruşdum:

- Bəlkə sabaha qədər?

- Yox, bircə sabah olmaz.

- Niyə ki?

- Əzizim, sabah mən bir qohumumun dəfnində iştirak eləməliyəm. Vəziyyəti başa düşərsən yəqin.

- Onda birisigün?

- Hə, birisigün olar. Sən qapımıza qədər gəl, özüm çıxıb, səni girişdə qarşılayaram. Xudahafiz.

Çıxıb getdim...

Bəs bu qadın kim idi axı belə? Bəs o mərhum kim idi görəsən? O, həm yumruqlarını möhkəm düyünləmişdi, həm də ağzının kənarlarında qorxunc bir ifadə donmuşdu! Birisigün isə qadın yolumu gözləyəcəkdi - indi görəsən, onunla təkrar görüşməyə dəyərdimi?

Mən oradan çıxıb, birbaşa "Bernina" kafesinə yollandım, əl altdakı adreslər kitabını istədim: Hammel Konqevay binasındakı o mənzilin nömrəsinə görə qadının adını öyrənə bildim. Kafedə bir qədər də ləngidim və ən nəhayət, səhər qəzetləri gətiriləndə onlardakı matəm elanlarına tələsik göz atdım. Sütunun lap başında qalın hərflərlə yazılmışdı: "Uzun sürən xəstəlikdən sonra ərim bu gün 53 yaşında vəfat etdi". Elan srağagünkü tarixlə verilmişdi.

Uzun-uzadı oturub düşündüm. Evləndikləri vaxt qadın ondan düz otuz yaş cavan imiş, sonradan o, uzun sürəcək bir xəstəliyə yaxalanıb və budur, artıq o, yoxdur.

Cavan dul qadın isə sərbəstliyə çıxıb.

Murat Dalkılıç, İsmail Hacıoğlu və Kaan Tangöze saxlanıldı Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar Xalq artisti Eldar Quliyevin xatirəsi anıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see271

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see264

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see255

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see249

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see243

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see242

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see234

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see233

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see231

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see222

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see220

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see220

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see213

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see210

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see203

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see201

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see193

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see183

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see181

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri