Icma.az
close
up
RU
Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının növbəti ildönümü qeyd olunub VİDEO

Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının növbəti ildönümü qeyd olunub VİDEO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 21-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ƏÜO və ictimaiyyət nümayəndələri, Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyəti və digər qonaqların iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsini icra edən polkovnik Rəşad Əsgərov qonaqları və şəxsi heyəti salamlayaraq onları Liseyin yaradılması günü münasibətilə təbrik edib, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov çıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağının ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərdiyini, cəmiyyətdə hərb peşəsinin nüfuzunun yüksəlməsində və taleyini bu sahəyə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Kursantlara Vətənə, dövlətə və Müzəffər Ali Baş Komandana, Şərəf andlarına sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, fərdi bacarıq və intellektual səviyyələrini daim artırmalarını, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyə edib.

Tədbidə çıxış edənlər Hərbi Liseyin yaradılması, keçdiyi inkişaf yolu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında Hərbi Liseyi müxtəlif illərdə bitirmiş məzunların göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Sonra hərbi təhsil müəssisəsində yaradılan təlim-tədris və məişət səraiti ilə bağlı videoçarx təqdim olunub. ƏÜO-nun Təlim və Tədris Mərkəzinin və Hərbi Liseyin yaradıcı kollektivinin iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.

Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Mart 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri