Icma.az
close
up
RU
Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir nailiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportundan daha bir nailiyyət

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramı çərçivəsində 3-cü səviyyə üzrə akkreditasiya əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu nailiyyət hava limanının karbon emissiyalarının idarə edilməsi, azaldılması və tərəfdaşlarla birgə fəaliyyət çərçivəsində davamlı nəticələr əldə etməsi baxımından beynəlxalq səviyyədə tanınmasını ifadə edir.

ACA proqramı Beynəlxalq Hava Limanları Şurası (Airports Council International – ACI) tərəfindən təsis edilmiş və hava limanlarının karbon emissiyalarının idarə olunması üzrə fəaliyyətini qiymətləndirən yeganə beynəlxalq akkreditasiya sistemidir. Proqram müstəqil auditlər əsasında həyata keçirilir və hava limanlarının enerji səmərəliliyi, əməliyyat məsuliyyəti və emissiya azaldılması üzrə nəticələrini təsdiqləyir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bu uğuru “Yaşıl Hava Limanı” təşəbbüsləri və beynəlxalq standartlara əsaslanan Ətraf Mühit və Enerji İdarəetmə sistemlərinin tətbiqi ilə möhkəmləndirib. Hava limanı artıq “ISO 14001:2015” (Ətraf Mühitin İdarəolunması Sistemi) və “ISO 50001: 2018” (Enerji İdarəetmə Sistemi) üzrə beynəlxalq sertifikatlara sahibdir. Bu, ekoloji məsuliyyətin institusional səviyyədə təmin edildiyini göstərir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib ki, bu uğur təkcə texniki mərhələ deyil, daha məsuliyyətli və dayanıqlı hava limanı modeli yaratmaq yolunda strateji addımdır: “Biz dayanıqlığı artıq hesabat göstəricisi kimi deyil, fəaliyyət fəlsəfəsi kimi qəbul edirik. Hər bir əməliyyat qərarımızın mərkəzində enerji səmərəliliyi və ekoloji məsuliyyət prinsipləri dayanır”.

“ACI EUROPE”un baş direktoru Olivye Yankovets isə qeyd edib: “Heydər Əliyev Beynəlxalq Aeroportunu hava limanları üçün qlobal karbon idarəçiliyi proqramına qoşulduqdan cəmi bir il sonra 3-cü səviyyəyə yüksəlməsi münasibətilə təbrik edirik. Azərbaycanın ən işlək hava limanı kimi, o öz subregionunda karbon idarəçiliyi sahəsində lider mövqedədir və aviaşirkətləri, yerüstü xidmətləri və digər tərəfdaş qurumları emissiyaların azaldılması istiqamətində fəal şəkildə cəlb edir. Bu uğura görə bütün komandanı təbrik edirəm və onlarla sıfır emissiya məqsədinə doğru daha çox nailiyyətləri birlikdə qeyd etməyi səbirsizliklə gözləyirəm”.

3-cü səviyyə hava limanının yalnız öz əməliyyatları çərçivəsində deyil, həm də yerüstü xidmətlər və nəqliyyat kimi əlaqəli tərəfdaşlarla birlikdə karbon emissiyalarının idarə edilməsini əhatə edir. Bu uğurla Heydər Əliyev Beynəlxalq Aeroportu Xəzəryanı region və Mərkəzi Asiyada bu səviyyəyə yüksələn ilk hava limanı olub.

Hazırda 91 ölkədə 614 hava limanı ACA proqramı çərçivəsində akkreditasiyadan keçib. Bu hava limanları qlobal sərnişin axınının yarıdan çoxuna xidmət göstərir. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu nüfuzlu siyahıya qoşulması onun beynəlxalq ekoloji öhdəliklərə sadiqliyini və dayanıqlı inkişafda dünya standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyir.

Hava limanı bu uğuru “Daha Yaşıl Gələcək üçün Birlikdə” (Together for a Greener Future) sloqanı altında birgə məsuliyyət və əməkdaşlıq mədəniyyətinin nəticəsi kimi təqdim edir. Gələcək mərhələlərdə də “Yaşıl Hava Limanı” təşəbbüsləri və ESG strategiyası çərçivəsində fəaliyyətlər davam etdiriləcək.
Qeyd edək ki, “Airport Carbon Accreditation (ACA)” – “ACI” tərəfindən təsis edilmiş yeganə qlobal proqramdır. O, hava limanlarını karbon emissiyalarının idarə edilməsi üzrə fəaliyyətlərinə əsasən akkreditasiyadan keçirir. Proqram  “Level 1”,  “Level 2”,  “Level 3”,  “Level 3+”,  “Level 4”,  “Level 4+”, və  “Level 5” mərhələlərindən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri