Icma.az
close
up
RU
Heydər Əliyev: Bizim İranla əlaqələrimiz xüsusi xarakter daşıyır

Heydər Əliyev: Bizim İranla əlaqələrimiz xüsusi xarakter daşıyır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zaman Ulu öndərin bu qiymətinin düzgünlüyünü bir daha təsdiqləyir

Allah-təala bizə bu aqibəti veribdir. Allah-təala bizi həmişə bir olmağa dəvət edibdir, biz də bir olmuşuq. Müəyyən səbəblərdən, məsələn, XIX əsrin əvvəllərində biz İrandan ayrılmışıq. İran da Azərbaycandan ayrılıbdır. Bu ayrılıq dövründə də biz bir-birimizdən ayrılmamışıq, bir yerdə olmuşuq.

Azərbaycan Prezidenti Heydər Əliyevin İran İslam Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Həsən Ruhaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəki söhbətindən
Bakı, 20 iyul 2001-ci il

Yadımdadır, Ümummilli liderimiz jurnalistlərlə söhbətlərindən birində demişdi ki, həm Bakının, həm də Tehranın qarşısında duran əsas vəzifələrdən biri də qarşılıqlı anlaşmaya nail olmaq, mehriban qonşuluq prinsiplərinə əməl etmək, hər iki tərəfin maraq və mənafelərinə cavab verən əməkdaşlıq sahələrini tapmaq, yaratmaq, inkişaf etdirməkdir. Çünki Allah bizi qonşu yaradıbsa, biz həmin iradəyə qarşı gedə bilmərik. Əlavə edirdi ki, İran heç zaman buradan heç yerə köçüb getməyəcək, bizim də elə bir fikrimiz yoxdur. Ona görə də keçmiş əsrlərdə mövcud olmuş dostluq, qardaşlıq əlaqələrini nəinki qorumalı, həm də inkişaf etdirməliyik.

Ulu öndər İran rəsmiləri ilə görüşəndə həmişə Bakının Tehranla əməkdaşlığa sədaqətli olduğunu xatırladırdı: “Azərbaycan Prezidenti kimi mən dəfələrlə qeyd etmişəm ki, İran dünyanın böyük, qüdrətli və çox qədim tarixə malik olan ölkələrindən biridir. İran xalqı dünya mədəniyyətinə, dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Bizim üçün, Azərbaycan üçün isə İran həm dostdur, həm qardaşdır, həm də qonşudur. Bunun da böyük tarixi var... Bizim tariximizin, əlaqələrimizin xüsusiyyəti ondan ibarətdir ki, dostluğumuzun, qardaşlığımızın dərin kökləri vardır. Bizi bir-birimizə bağlayan milli-mənəvi, dini ənənələrimiz vardır”.

... Biz məmnunuq ki, Prezident İlham Əliyev də Ulu öndərin xarici siyasət kursunun mühüm tərkib hissələrindən olan Azərbaycan – İran münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində daim uğurlu addımlar atır. Biz bunu dövlət başçımızın İran İslam Respublikasının mərhum Prezidenti İbrahim Rəisi ilə qurduğu dostluq və tərəfdaşlıq münasibətlərində də gördük, indiki Prezident Məsud Pezeşkianla olan səmimi əməkdaşlıqda da. Təsadüfi deyil ki, cənab Məsud Pezeşkian prezident seçildikdən dərhal sonra ilk telefon danışıqlarından birini Azərbaycan Prezidenti ilə etmişdi. Prezident İlham Əliyev də iranlı həmkarını Azərbaycana səfərə dəvət etmişdi.

Bu da səbəbsiz deyil. Çünki bu gün dünyanın hər yerindəki mütərəqqi düşüncəli insanların hamısı Prezident İlham Əliyevin siyasi uzaqgörənliyini, liderlik məharətini və beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslərə adekvat münasibət bildirmək bacarığını yüksək qiymətləndirir. Biz bunu Amerika qitəsində də gördük, Asiyada da ( bu məqamda dövlət başçımızın Çin Xalq Respublikasına uğurlu səfərinin nəticələrini xatırlatmaq kifayətdir). Bütün bunların fonunda rəsmi Tehranın Azərbaycanla əməkdaşlığı zamanın tələbləri səviyyəsinə qaldırmaq istəyi tamamilə təbii və başadüşüləndir.

Bu zaman biz başqa bir mühüm faktı da yada salmalıyıq. Belə ki, Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsindən dərhal sonra bəyan etmişdi ki, regionun problemlərinin həllinə dünyanın hansı tərəfindənsə, kiminsə gəlib müdaxilə etməsinə imkan verməmək üçün biz 3+3 variantını məqbul sayırıq. Yəni, bütün problemlər regionun altı dövləti tərəfindən həll edilməlidir. Həmin dövrdə Bakıya gələn İran rəsmiləri Azərbaycanın o təklifini dəstəklədiklərini bildirirdilər. İndi isə İran həmin təklifi dəstəkləməklə kifayətlənmir, onun həyata keçirilməsini tələb edir. Bu isə Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyinin növbəti təzahürüdür.

Ekspertlər yazırlar ki, İranın 12 dövlətlə quru sərhədləri var. Ancaq ən etibarlı sərhəd Azərbaycanladır. 44 günlük müharibədən sonra – 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması cənub qonşumuzda hamı tərəfindən alqışlanmışdı.

Ancaq həm Bakıda, həm də Tehranda daha çox alqışlanan başqa bir məqam da var. Bu isə rəsmi Bakının İrana münasibətinin hər zaman xoşməramlı olmasıdır. Mütəxəssislərin fikrincə, Azərbaycanın əsas mövqeyi dövlətlərin dinc yanaşı mövcudluğu, daxili işlərə qarışmamaq, hər iki xalqın seçiminə hörmətlə yanaşılması və mehriban qonşuluq siyasətinin qorunmasından ibarətdir.

Sonda onu da xatırladaq ki, Azərbaycan dövləti sərhəd qonşularımız Türkiyə, Rusiya və İranla həmişə ən yüksək səviyyəli təmaslara həm təşəbbüs göstərib, həm də evsahibliyi edib. Yəqin ki, 2016-cı ildə Bakıda, 2017-ci ildə Tehranda keçirilmiş Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşlərini heç kəs unutmayıb.

Sonda dövlət başçımızın 2017-ci il noyabrın 1-də Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə səsləndirdiyi fikirləri xatırladırıq: “Üçtərəfli format iqtisadi əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratmışdır. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu gündəlikdə olan vacib məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır... Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlamışlar. Ümid edirəm ki, bugünkü Zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək”.

Biz isə ümid edirik ki, cənab Prezident Məsud Pezeşkianın Bakı səfəri də ölkələrarası əməkdaşlığa yeni stimul olacaq, daha geniş üfüqlərin açılmasına zəmin yaradacaq.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see219

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see180

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see170

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see160

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see151

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri