“Bizim regionda çox nümunəvi əlaqələrimiz var”
Icma.az, Sia Az saytına istinadən bildirir.
“Bizim regionda çox nümunəvi əlaqələrimiz var”. SİA xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bizim daha böyük imkanlarımız və potensialımız var: “Azərbaycan Gürcüstan üçün ən böyük 5 iqtisadi tərəfdaşı arasında yer tutur. Gürcüstan-Azərbaycan arasında mühüm layihələrin icrası haqqında da müzakirələr apardıq. Bu nəinki bizim ölkələrimiz region üçün böyük layihələrdir. Bu layihələrin əsasında daha böyük strateji layihələr icra edə bilərik. Eelktrik kabelləri ilə bağlı layihə həm Gürcüstan, həm Azərbaycan üçün çox mühüm layihədir. Bizim müxtəlif formatlarda əməkdaşlığımız çox vacibdir. Ümid edirəm ki, yaxın vaxtlarda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü baş tutacaq. Biz əlaqələri daha da dərinləşdirəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















