“Ferrari”nin rəhbəri: Bakı trasında yaxşı nəticə qazanacağımıza inanırıq
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 15 sentyabr, AZƏRTAC
Qarşıda bizi bir neçə tras gözləyir və həmin traslarda rəqabətədavamlı çıxış edə bilərik. Növbəti belə tras Bakı olacaq, orada yaxşı nəticə qazanacağımıza inanırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Ferrari” komandasının rəhbəri Frederik Vasser Formula 1 üzrə dünya çempionatının Azərbaycan mərhələsi barədə danışarkən deyib.
O, komandasının Azərbaycan Qran-Prisidəki hədəflərindən bəhs edib: “Komandanın əsas hədəfi mövsümü ikinci pillədə başa vurmaqdır. “McLaren” hazırda digərlərindən xeyli üstün görünür. Biz isə “Red Bull” və “Mercedes”lə mübarizə aparırıq. Məqsədimiz bu komandaları üstələməkdir. Digər önəmli hədəf isə ayrı-ayrı yarışlarda qələbə qazanmaqdır”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 15 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















