Heydər Əliyev Fondu Gəncə məktəblərindən birini əsaslı təmir etdirir
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə şəhərində Heydər Əliyev Fondu tərəfindən bir məktəbdə əsaslı təmir işləri aparılır, bir körpələr evinin də əsaslı təmiri nəzərdə tutulub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, hazırda Heydər Əliyev Fondu tərəfindən Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə təmir işləri həyata keçirilir.
Təmir işlərinin bu ilin sentyabrına qədər yekunlaşdırılması və yeni tədris ilində məktəbin istifadəyə verilməsi gözlənilir.
Həmçinin Heydər Əliyev Fondu tərəfindən Gəncə şəhər 40 saylı Körpələr Evi - Uşaq Bağçasında da əsaslı təmir-tikinti işlərinin aparılması planlaşdırılıb.
Qeyd edək ki, Gəncə şəhərində 3 məktəbdənkənar, 42 məktəbəqədər, 45 ümumi, 1 xüsusi təhsil müəssisəsi fəaliyyət göstərir.
Onlardan 29 ümumtəhsil məktəbi, İnteqrasiya təlimli internat tipli gimnaziya, Uşaq Gənclər İnkişaf Mərkəzi, Gəncə İdman liseyi və 23 məktəbəqədər təhsil müəssisəsinin maddi-texnik bazası yenilənərək müasir tələblərə uyğun olaraq təmir olunub.
Xatırladaq ki, martın 6-da Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir işləri aparılan 37 nömrəli Tam Orta Məktəbdə görülən işlərlə tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 10 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















