Icma.az
close
up
RU
Heydər Əliyev Fondu tərəfindən Saatlının ucqar kəndində yeni məktəb binası inşa olunub FOTO

Heydər Əliyev Fondu tərəfindən Saatlının ucqar kəndində yeni məktəb binası inşa olunub FOTO

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Saatlı, 26 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda yeni inşa olunan İkram Ağayev adına Nabatkənd tam orta məktəbin binasının açılışı olub.

Heydər Əliyev Fondunun tərəfindən inşa olunan yeni binanın açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Astanov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edənlər dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Qeyd edilib ki, son illər bir çox ucqar kənddə yeni məktəb binaları inşa edilib, həmçinin bir sıra binalar əsaslı təmir olunub. Bildirilib ki, Nabatkənd tam orta məktəbin binası 1937-ci ildə inşa edilib. Ötən müddət ərzində bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa olunub.

624 şagird yerlik yeni məktəb binasının inşasına 2024-cü il may ayında başlanılıb. Dördmərtəbəli məktəb binası 4 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Yeni məktəb binasının açılışına ən çox sevinənlər müəllim və şagirdlərdir. 8-ci sinif şagirdi Xumar Təhməzova deyir ki, onun üçün ən sevincli günlərdən biridir: "Əvvəlki məktəb binasında şəraitimiz yaxşı deyildi, qış fəslində sinif otaqları soyuq olurdu. Amma o günlər artıq geridə qaldı. Yeni məktəb binasının açılışı məni çox sevindirir. Sinif otaqları geniş və işıqlıdır, fizika, kimya, kompyüter və digər otaqlarımız var. Həmçinin məktəbimizdə idman zalı və meydança da var. Çalışacağıq ki, dərslərimiz daha yaxşı oxuyaq".

Məktəbin müəllimi Vüqar Hüseynov isə bildirib ki, yeni binanın inşası kollektiv üçün ən böyük həddiyyədir. "Son illər məktəb binası yararsız hala düşmüşdü. Bir neçə dəfə cari təmir olunsa da, bina istismar müddətini başa vurmuşdu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə kəndimizdə müasir məktəb binası tikildi. Bu, biz müəllimləri və şagirdləri çox sevindirir. Məktəb kollektivi və kəndimiz adından Heydər Əliyev fonduna təşəkkürümüzü bildiririk".

Daha sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see223

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see143

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see141

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see139

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see135

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see131

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see131

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see130

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see129

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see127

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see125

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see124

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see121

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see120

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri