Icma.az
close
up
RU
Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan “Kaşalata” kafeni ziyarət edib

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan “Kaşalata” kafeni ziyarət edib

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda əlilliyi olan gənclərin də çalışdığı ilk və yeganə inklüziv iaşə obyekti olan “Kaşalata” kafeni ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Leyla Əliyevanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kafenin həmtəsisçiləri Natavan Məmmədova və Aytən Eynalova qarşılayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidentinə əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək məqsədilə yaradılan bu inklüziv kafenin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Bakının Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən “Kaşalata” kafe “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan”ın dəstəyi ilə yaradılan “Kaşalata” kafedə məşğulluğu təmin edilən 20 nəfər gəncdən 10 nəfəri əlilliyi olan şəxslərdir.

Leyla Əliyeva kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan gənclərlə görüşərək onlarla söhbət edib.

Autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupu tərəfindən “Sən Ey Uşaqlıq” mahnısı ifa olunub. Autizmli şəxslər Leyla Əliyevaya hazırladıqları əl işlərini hədiyyə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti “Kashalata” inklüziv kafesinin əməkdaşları ilə xatirə fotoları çəkdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Noyabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see166

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see163

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see153

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see138

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see135

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see131

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see130

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see129

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see128

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see127

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see127

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see126

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see125

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see124

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see121

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri