Icma.az
close
up
RU
Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib

Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də Kəmər və Yol Təşəbbüsü Yaşıl İnkişaf Koalisiyası (KYTYİK), Çin Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Şurası və Çin Qitələrarası Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan “İqlim dəyişikliyi üzrə Cənub-Cənub əməkdaşlığı və yaşıl inkişaf: keyslər və təcrübələr” panel müzakirəsində iştirak edib.

"Operativ Media" xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Qlobal Cənub bölgəsi ölkələri arasında dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığın əhəmiyyətini və mövcud imkanları qeyd edib. Leyla Əliyeva, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Respublikası bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addımlar atır.

Sonra Leyla Əliyeva tədbir iştirakçılarına IDEA İctimai Birliyi tərəfindən ətraf mühitin mühafizəsi, ekoloji balansın təmin olunması, eləcə də iqlim dəyişmələri ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri həyata keçirilən ağacəkmə və təmizlik aksiyaları, vəhşi təbiətin bərpası və mühafizəsi, eləcə də bir sıra digər layihə və tədbirlərin nəticələrinə toxunub.

Yekunda Leyla Əliyeva iqlim dəyişmələri ilə mübarizə və yaşıl inkişaf naminə qlobal həmrəylik və əməkdaşlığın rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Jao Yinqmin, KYTYİK-nin həmsədri, Bezos Yer Fondunun prezidenti və baş icraçı direktoru Endryu Stir, KYTYİK İdarə heyətinin vitse-prezidenti Erik Solheym, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks və digər rəsmi nümayəndə, ekspert və özəl sektor təmsilçiləri iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 15 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see193

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see144

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see144

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see143

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see139

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see136

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see134

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see134

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see134

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see130

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see130

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see129

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see128

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see124

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see123

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see118

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see117

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see115

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see115

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri