Icma.az
close
up
RU
“Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur”

“Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur”

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və YAP Zəngilan rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Zəngilan şəhər Şəhidlər Xiyabanını və müasir müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin vətənpərvərlik mövzusunda ərsəyə gətirdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə geniş məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi arenasında milli maraqların ən sadiq müdafiəçisi missiyasını uğurla yerinə yetirib. Sədr vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbələr partiyanın cəmiyyətdəki monolit birliyini və nüfuzunu daha da möhkəmləndirib. O, rayon təşkilatının gələcək fəaliyyətində gənclərin milli-ideoloji tərbiyəsinin strateji istiqamətlərdən biri olduğunu vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov YAP-ın yaranma tarixini müstəqil dövlətçiliyimizin xilası baxımından mühüm dönüş nöqtəsi kimi səciyyələndirib. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan dərin böhrandan çıxaraq misilsiz tərəqqi yoluna qədəm qoyub. O, işğaldan azad edilmiş Zəngilanda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini dövlətimizin iqtisadi gücünün və quruculuq siyasətinin real ifadəsi kimi dəyərləndirib.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında partiyanın formalaşmasında ziyalıların və siyasi xadimlərin təşəbbüsü ilə yaradılmış “91-lər” hərəkatının üzvlərinin fədakarlığını xüsusi vurğulayıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası siyasi təşkilat olaraq xalqın sabaha olan inamını təcəssüm etdirir. V.Novruzov bildirib ki, partiyanın tarixi uğurlarının təməlində ideoloji sabitlik dayanır və dövlətçilik təcrübəsinə malik veteranlarla gənc nəsil arasındakı qarşılıqlı əməkdaşlığın davamlılığı xüsusi əhəmiyyət daşıyır.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası cəmiyyətdə etimad və dayanıqlı sabitlik mühiti formalaşdırıb. Qeyd olunub ki, bu etimad hər bir milli hədəfdə özünü təsdiqləyir. Belə ki, partiyanın uğurlu fəaliyyəti siyasi idarəetmə ilə yanaşı, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində və milli-mənəvi dəyərlərin qorunmasında həlledici rol oynayır.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva partiyanın xilaskarlıq missiyasından danışaraq bildirib ki, düzgün müəyyən edilmiş strateji hədəflər artıq Azərbaycanı qlobal arenada suveren və güclü mövqeyə malik dövlətə çevirib. O, gənclərin partiyanın ictimai-siyasi həyatında fəallığını yüksək dəyərləndirərək, bu dinamikanın milli-mənəvi dəyərlərin hifz olunmasında əsas hərəkətverici qüvvə olduğunu söyləyib.

YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov Yeni Azərbaycan Partiyasının regionun aparıcı siyasi təşkilatı kimi böyük nüfuz qazandığını bildirib. O qeyd edib ki, əldə olunan hər bir uğurun əsasında xalqın öz Liderinə olan sonsuz inamı dayanır. Vurğulanıb ki, YAP Zəngilan rayon təşkilatı ideoloji işin təşkilində səmərəli fəaliyyət göstərir.

Partiya veteranı Asif Orucov Yeni Azərbaycan Partiyasının 750 mindən çox üzvünün olduğunu bildirərək, xalqımızın Zəfər tarixində Heydər Əliyev ideyaları əsasında yetişən gənclərin müstəsna rol oynadığını diqqətə çatdırıb. O, xalq-iqtidar-ordu birliyinin dövlətimizin əbədi müstəqilliyinin əsas təminatçısı olduğunu ifadə edib.

Birinci Qarabağ müharibəsi qazisi Zakif Abbasov çıxışında şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarını azad edib.

Daha sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2026 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri