Icma.az
close
up
RU
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...”

“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bir dəfə MTN əməkdaşlarıyla görüşdə mərhum Əbülfəz Elçibəy çox yanlış bir addıma yol verdi...”

"Əslində Elşibəy hakimiyyəti arxivləri möhürləməklə faktiki özünə fətva vermiş oldu..."

Bakıdakı “Rus evi” məsələsindən sonra “KQB” arxivlərinin açılması problemi yenə gündəmə atılıb. Bəs görəsən, AXC hakimiyyəti dövründə keçmiş DTK arxivlərinin açılması mümkün olardımı? Mümkün olmazdısa, səbəblər nə idi? Eks-prezident Əbülfəz Əliyev deyirdi ki, onları açsaq, vətəndaş müharibəsi olar. Bəs Baltikyanı, və bir sıra postsosialist Şərqi Avropa ölkələrində Rusiya-sovet imperiyasına həmin arxivlər açılanda niyə heç bir problem olmadı?

Arxivlər açılsaydı, doğrudanmı sonrakı illərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi? Yəqin, ölkədə heç “Rus evi” problemi də olmazdı... Və kimlərsə bir-birini əsassız şəkildə “KQB” agenti olmaqda ittiham edə bilməzdi. Və  bu gün Rusiyaya casusluq etmələrindən şübhələndiyimiz keçmiş yüksək vəzifəli kimsələr vaxtında heç həmin vəzifələrə buraxılmazdı...  

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AXC hakimiyyəti dövründə o vaxtkı yeni fəaliyyətə başlamış Milli Təhlükəsizlik Nazirliyində çalışmış Ərəstun Oruclu bunları söyləyib:

(Əvvəli burada: )

Həmsöhbətimiz “Ötən açıqlamanızda eks-prezident Heydər Əliyevin “KQB” arxivlərinin qanunsuz açılmasıyla bağlı qurduğu məhkəmə prosesindən və o istintaqa 1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbəri də cəlb etməsindən danışdınız. Həmin proses təxminən neçənci ildə keçirilmişdi və nə ilə nəticələndi?” sualını belə cavablandırıb:

“Həmin məhkəmə prosesi, səhv etmirəmsə, Bakı Ağır Cinayətlər Məhkəməsində 1993-cü ilin sonunda başlamış və 1994-cü ildə davam etmişdi. Amma heç bir nəticə vermədi. Ona görə ki, Heydər Əliyev bir peşəkar kimi, bir “KQB” generalı kimi gözəl başa düşürdü ki, arxivlər hər hansı formada kimlər tərəfindənsə açılıbsa, deməli, məlumatlar sızıb. Və bu məsələni qabartmaq da həmin məlumatların ictimailəşməsinə, yayılmasına səbəb ola bilərdi. Ona görə də məhkəmə sadəcə görüntü xarakteri daşıyırdı. Əslində isə pərdə arxasında xüsusi xidmət orqanları, konkret olaraq ovaxtkı MTN arxivlərdən sızmış məlumatların kimlərdə olması ehtimalları üzərində işləyir və müvafiq axtarışlar aparırdı. Ancaq dediyim kimi,  həmin məhkəmədə qaldırılmış ittihamla bağlı heç bir nəticə olmadı. Çünki Heydər Əliyev onu da bilirdi ki, o məsələ ilə bağlı kimlərəsə qarşı cinayət işləri qaldırıb onları həbs etmək sızmış məlumatlarla əlaqəsi olmuş  digər şəxsləri də qorxuda bilər və onlar həmin məlumatları yayarlar. Və bu məlumatların yayılması hakimiyyətdə və onun tərəfdarlarında çox ciddi təlaş yarada bilər... 

Onu da deyim ki, əslində Elçibəy hakimiyyəti arxivləri möhürləməklə faktiki özünə fətva vermiş oldu. Bir çoxları bu günədək bunu anlamır. Çünki mən bir sıra partiya sədrləri ilə söhbətimdə də şahidi olmuşam ki, onlar agentin fəaliyyətinin nə olduğunu, onun işinin nələrə səbəb ola biləcəyini başa düşmürlər. Məsələn, primitiv suallar verirlər: “Bir nəfər nə edə bilər ki?.. Tutaq ki,  partiya və ya dövlət rəhbərliyindəki bir nəfər nə edə bilər ki?” Bəli, məntiqlə bir adam böyük bir iş görə bilməz. Amma nəzərə almaq lazımdır ki, agent olan bir nəfərin arxasında saat mexanizmi kimi işləyən bir sistem dayanır və o bir adam həmin sistemin işini görür. Bax, bunu anlamırdılar. Və anlamırdılar ki, arxivləri bağlamaqla və sonra açmamaqla həm də öz hakimiyyətlərini bitirmiş oldular. Necə? Çox sadə. Söhbət yalnız kiminsə agent olmasından, kimlərinsə kritik məqamda hansısa təlimat əsasında hərəkət etməsindən getmir. Söhbət ondan gedir ki, ölkənin dayağı olan və həmin dövrdə fəaliyyəti son dərəcə vacib olan təhlükəsizlik orqanları iflic vəziyyətinə düşmüşdü. Məsələn, mən kiminsə haqda məlumat öyrənmək istəyəndə məcbur olub təcrübəli əməkdaşlara müraciət edirdim. Onlardan bəziləri, əlbəttə, məsləhətlər verirdilər, bəzi məlumatları bölüşürdülər, amma digərləri heç bir məlumat vermək istəmirdilər. Ona görə yox ki, pis niyyətə xidmət edirdilər. Ona görə ki, onlar başa düşürdülər ki, bu məsuliyyət deməkdir, əməliyyat məlumatını, dövlət sirrini bölüşmək deməkdir. Onlar elə sirlərdir ki, hətta öz xidmət yoldaşınla da bölüşməməlisən. Bax, belə bir problem yaranmışdı. Və həmin problem də, dediyim kimi, təhlükəsizlik orqanlarının fəaliyyətini iflic etmişdi... 

Başqa bir faktı da deyim. Bir dəfə MTN əməkdaşlarıyla görüşdə mərhum Əbülfəz Elçibəy çox yanlış bir addıma yol verdi. O bildirdi ki, bu orqanda çalışanlar “KQB” məktəbi keçiblər, odur ki, imperiyaya xidmət ediblər və deməli, müstəqil dövlətə xidmət edə bilməzlər. Ona görə də tədricən bu orqanın tərkibini dəyişəcəyik. Bu, olduqca yanlış bəyanat idi. Prezident tərəfindən yolverilnməz bir addım idi. Və həmin bəyanatdan sonra MTN-nin özündə də əhval dəyişdi. Halbuki, mən bunu tam məsuliyyətlə deyirəm, o dövrdə həmin qurumun əksər əməkdaşları vicdanla Azərbaycan dövlətinə xidmət edirdilər. Nə olsun ki, onlar keçmişdə “KQB” əməkdaşı olublar. Və mənə belə görünürdü ki, həmin o “KQB” əməkdaşı olmuş şəxslər Azərbaycan dövlətinin əhəmiyyətini, onun müstəqilliyinin qorunmasının vacibliyini bəzi siyasi hakimiyyət nümayəndələrindən daha yaxşı anlayırdılar..." 

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri