Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Heydər Əliyev Mərkəzində fotosərgi açılıb

Heydər Əliyev Mərkəzində fotosərgi açılıb

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Layihə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış̧ fotoqraf Reza Deqatinin təşəbbüsü̈ ilə həyata keçirilib.
Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgi planetimizin gözəlliklərini və onun üzləşdiyi çağırışları uşaqların gözü ilə nümayiş etdirir: "Onların baxışlarında mərhəmət, anlayış və həssaslıq var. Mən düşünürəm ki, hər birimizdə təbiəti mühafizə etmək istəyi mövcuddur. Biz bu hisslə dünyaya gəlirik, ancaq vaxt keçdikcə bunu unuduruq. Bu sərgi bizə ayaq saxlamağı, dərindən nəfəs almağı, təbiəti və həyatı hiss etməyi bir daha xatırladır. Uşaqlar təkcə bizim gələcəyimiz deyil, onlar, həmçinin bizim bu günümüzdür. Yalnız uşaqlar bu günlə yaşamağı bacarırlar”.
Layihənin təşəbbüskarı, tanınmış fotoqraf Reza Deqati deyib ki, bu sərginin məqsədi balacaların gözü ilə dünyanın diqqətini təbiətə, onu sevməyə və qorumağa yönəltməkdir. "Müsabiqə ikinci dəfədir təşkil olunur. Biz Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu mövzuya müraciət etdik. Qısa zamanda dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə uşaq bu təşəbbüsə qoşuldu. Uşaqlar öz fotoları ilə təbiəti sevdiklərini və onu qorumağın vacib olduğunu hər kəsin bir daha diqqətinə çatdırırlar”, - deyən R.Deqati əlavə edib ki, 60 ilə yaxındır bu sənətlə məşğul olmasına baxmayaraq, azyaşlı uşaqların təbiət mövzusunda çəkdikləri fotoşəkillər onu heyrətləndirib. “Biz bu şəkilləri böyüklərə göstərdik ki, görsünlər uşaqlar nə deyirlər. Gəlin uşaqlarının sözlərinə baxaq. Çünki onlar hamını təbiəti sevməyə və qorumağa çağırır. İnanıram ki, hər kəs onların bu çağırışına həssaslıqla yanaşacaq”, - deyə o bildirib.
Tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu vurğulayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib: “Biz buraya gənclərə və körpələrə sağlam planeti necə təmin etmək öhdəliyimizi müzakirə etmək üçün toplaşmışıq. IDEA İctimai Birliyi ilə uşaqların, eyni zamanda, BMT-in dostu olan Rezanın iştirakı ilə bu birgə səylərin bir hissəsi olmaqdan çox məmnunam”.
Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri olmağın qürurverici olduğunu söyləyən COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova bildirib: “Uşaqlara, gənclərə, böyüklərə müraciət edirik ki, həmişə təbiəti sevsinlər və onu çirkləndirməkdən çəkinsinlər. Biz yaşıl dünyanı miras qoymaq istəyirik və uşaqlarımızın indi yaşadığımızdan daha davamlı, daha yaşıl dünyada yaşamalarını diləyirik”.
Çıxışlardan sonra fotomüsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub. Sonra iştirakçılar “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqə çərçivəsində təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə müsabiqə qaliblərinin və digər iştirakçıların əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, oktyabrın 11-dən noyabrın 2-dək 18 yaşadək uşaqlar və yeniyetmələr arasında keçirilən fotomüsabiqənin məqsədi iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq, eyni zamanda gəncləri təbiətin gözəlliyi, çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət etməkdir.
“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında keçirilən və 3 000-dək fotonun təqdim olunduğu müsabiqədə ümumilikdə 14 namizəd mükafatlandırılıb. 10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb. Eyni kateqoriya üzrə Banqladeş, Böyük Britaniya, İran, İrlandiya və Myanmardan olan 5 fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar təqdim edilib.
10 yaşadək kateqoriya üzrə isə Fransa, İran, İsveçrə və Türkiyədən olan beş finalçı mükəmməl təqdimatlarına görə Azərbaycandan olan fotoqraf isə ev sahibi kateqoriyasında münsiflər heyəti, “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.
Müsabiqəyə Azərbaycanla yanaşı, 50 ölkədən - ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, İsveçrə, İtaliya, Kanada, Norveç və digər ölkələrdən iştirakçılar qatılıb. Namizədlərin müsabiqəyə təqdim etdikləri fotolar iqlim dəyişmələri ilə bağlı məlumatlılığın artırılması, problemin həll yollarının vurğulanması və planetimizi qorumaq naminə məsuliyyət hissini bölüşmək kimi mövzuları əhatə edib.
AzVision.az Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Noyabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri