Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) adlı sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: “Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə təqdim olunur”, - deyə Anar Ələkbərov bildirib.

Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü bildirib.

Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub, hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola, duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib.

O vurğulayıb ki, bu möhtəşəm bina və onun memarlığı sərgi üçün ideal məkandır. Heydər Əliyev Mərkəzində hər bir detal sanki suyun ritmini xatırladır, məkanın ümumi forması isə dalğaları andırır. Heykəltaraşın sözlərinə görə, belə bir gözəlliyin qadın memarın ideyası əsasında ərsəyə gəlməsi xüsusilə təsirlidir.

Kerol Förmen qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər su mövzusuna həsr olunub.

“Su insana həyat verir, qidalandırır, təmizləyir və dəyişdirir. Silsilədə suyun çoxşaxəli təbiəti, eləcə də insanın bu vacib ünsürlə qurduğu mürəkkəb münasibətlər müxtəlif bədii yozumlarla təqdim olunub. Xüsusi məna daşıyan əsərlərimdən biri üzgüçü qadın obrazıdır. Bu əsəri həyatımın ən çətin dönəmlərindən birində yaratmışam. Bu obraz mənim üçün yenidən ayağa qalxmağın və dözümlülüyün simvoludur”, - deyə o əlavə edib.

Qeyd edək ki, “Suda yenidən doğulanlar” sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir.

Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir.

Müəllifin “Rut” əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunub.

Kerol Förmen güclü realist təsirə malik heykəllər yaratmaqla məşhurdur, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır.

Bakıda təqdim olunan “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.

“Üzgüçülər” seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir.

Kerol Förmenin əsərləri indiyədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda “Park Avenue” və “Central Park”, Nyu-Orleanda “Poydras Corridor”, Parisdə isə “Avenue George V” kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:356
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2026 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri