Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb FOTOLAR

Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb FOTOLAR

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və fotosərgi açılıb.

"Ölkə.az" xəbər verir ki, tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Layihə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış̧ fotoqraf Reza Deqatinin təşəbbüsü̈ ilə həyata keçirilib.

Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgi planetimizin gözəlliklərini və onun üzləşdiyi çağırışları uşaqların gözü ilə nümayiş etdirir: "Onların baxışlarında mərhəmət, anlayış və həssaslıq var. Mən düşünürəm ki, hər birimizdə təbiəti mühafizə etmək istəyi mövcuddur. Biz bu hisslə dünyaya gəlirik, ancaq vaxt keçdikcə bunu unuduruq. Bu sərgi bizə ayaq saxlamağı, dərindən nəfəs almağı, təbiəti və həyatı hiss etməyi bir daha xatırladır. Uşaqlar təkcə bizim gələcəyimiz deyil, onlar, həmçinin bizim bu günümüzdür. Yalnız uşaqlar bu günlə yaşamağı bacarırlar”.

Layihənin təşəbbüskarı, tanınmış fotoqraf Reza Deqati deyib ki, bu sərginin məqsədi balacaların gözü ilə dünyanın diqqətini təbiətə, onu sevməyə və qorumağa yönəltməkdir. "Müsabiqə ikinci dəfədir təşkil olunur. Biz Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu mövzuya müraciət etdik. Qısa zamanda dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə uşaq bu təşəbbüsə qoşuldu. Uşaqlar öz fotoları ilə təbiəti sevdiklərini və onu qorumağın vacib olduğunu hər kəsin bir daha diqqətinə çatdırırlar”, - deyən R.Deqati əlavə edib ki, 60 ilə yaxındır bu sənətlə məşğul olmasına baxmayaraq, azyaşlı uşaqların təbiət mövzusunda çəkdikləri fotoşəkillər onu heyrətləndirib. “Biz bu şəkilləri böyüklərə göstərdik ki, görsünlər uşaqlar nə deyirlər. Gəlin uşaqlarının sözlərinə baxaq. Çünki onlar hamını təbiəti sevməyə və qorumağa çağırır. İnanıram ki, hər kəs onların bu çağırışına həssaslıqla yanaşacaq”, - deyə o bildirib.

Tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu vurğulayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qeyd edib: “Biz buraya gənclərə və körpələrə sağlam planeti necə təmin etmək öhdəliyimizi müzakirə etmək üçün toplaşmışıq. IDEA İctimai Birliyi ilə uşaqların, eyni zamanda, BMT-in dostu olan Rezanın iştirakı ilə bu birgə səylərin bir hissəsi olmaqdan çox məmnunam”.

Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri olmağın qürurverici olduğunu söyləyən COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova bildirib: “Uşaqlara, gənclərə, böyüklərə müraciət edirik ki, həmişə təbiəti sevsinlər və onu çirkləndirməkdən çəkinsinlər. Biz yaşıl dünyanı miras qoymaq istəyirik və uşaqlarımızın indi yaşadığımızdan daha davamlı, daha yaşıl dünyada yaşamalarını diləyirik”.

Çıxışlardan sonra fotomüsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.

Sonra iştirakçılar “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqə çərçivəsində təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə müsabiqə qaliblərinin və digər iştirakçıların əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, oktyabrın 11-dən noyabrın 2-dək 18 yaşadək uşaqlar və yeniyetmələr arasında keçirilən fotomüsabiqənin məqsədi iqlim məsələləri ilə bağlı məlumatlılığı artırmaq, eyni zamanda gəncləri təbiətin gözəlliyi, çirklənmə və iqlim dəyişmələrinin yaratdığı problemlərlə bağlı öz baxışlarını bölüşməyə dəvət etməkdir.

“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında keçirilən və 3 000-dək fotonun təqdim olunduğu müsabiqədə ümumilikdə 14 namizəd mükafatlandırılıb.

10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan olan üç namizəd müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb. Eyni kateqoriya üzrə Banqladeş, Böyük Britaniya, İran, İrlandiya və Myanmardan olan 5 fotoqrafa isə yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar təqdim edilib.

10 yaşadək kateqoriya üzrə isə Fransa, İran, İsveçrə və Türkiyədən olan beş finalçı mükəmməl təqdimatlarına görə Azərbaycandan olan fotoqraf isə ev sahibi kateqoriyasında münsiflər heyəti, “Reza Visual Academy”, “Degati Agency” və “Webistan” təşkilatları tərəfindən xüsusi mükafatlara layiq görülüblər.

Müsabiqəyə Azərbaycanla yanaşı, 50 ölkədən - ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, İsveçrə, İtaliya, Kanada, Norveç və digər ölkələrdən iştirakçılar qatılıb. Namizədlərin müsabiqəyə təqdim etdikləri fotolar iqlim dəyişmələri ilə bağlı məlumatlılığın artırılması, problemin həll yollarının vurğulanması və planetimizi qorumaq naminə məsuliyyət hissini bölüşmək kimi mövzuları əhatə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Noyabr 2024 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see132

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see125

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see123

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see122

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see121

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see118

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see117

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see115

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see115

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see113

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see112

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see107

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see107

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see107

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see107

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri