Icma.az
close
up
RU
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək.

Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxtını keçirə biləcək. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil olunan festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb. 

Tədbir zamanı Heydər Əliyev Mərkəzinin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq. 
Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil olunacaq, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirəcək, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olacaq, viktorinalar keçiriləcək. 
"Aqrar zona"da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar veriləcək. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə "Botanika zonası"nda tanış ola biləcək. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçiriləcək: şitillər gətiriləcək, dibçəklərdə bitki əkmək imkanı yaradılacaq. 

Uşaqların heyvanlar aləminə marağını nəzərə alınaraq festivalda "Zoopark zonası" da yaradılacaq. 

Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün "Qoğal" nağılı nümayiş etdiriləcək. 

Daha bir yenilik - festivalda Bakı Dövlət Sirkinin iştirakıdır. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirəcək, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdirəcək.

Festivalda "Art/Face Art" meydançasında uşaqlara müxtəlif incəsənət növləri öyrədiləcək. 
Festivalın yeniliklərindən daha biri - moda meydançasıdır. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edəcək, öz yaradıcılıqlarını nümayiş etdirəcək və müxtəlif dizayn ideyaları ilə tanış olacaqlar.
Muzey zonasında Milli Xalça Muzeyi xalça toxunması üzrə ustad dərsi keçəcək. 
Kosmos və astronomiya, həmçinin planetarium vasitəsilə ulduzlar və planetlər haqqında bilgilər əldə etmək "Azərkosmos" və "Planetarium" zonasında mümkün olacaq. 
Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün Təhlükəsiz yollar/Ralli zonası təşkil edəcək. Uşaqlara kiçik avtomobillərlə ralli təcrübəsi təqdim ediləcək. 
Həmin gün Mərkəzin parkında "Oxu zonası" da təşkil olunacaq, burada  oxu saatı keçiriləcək. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəslin sağlam böyüməsinə bir daha diqqəti yönəltmək məqsədilə festivalda "Sağlam uşaqlar zonası" fəaliyyət göstərəcək. Burada uşaqların müayinəsi üçün kuponlar veriləcək, qeydiyyat aparılacaq. 
Uşaqların fiziki aktivliyini artırmaq məqsədilə "Estafet zonası"nda müxtəlif yarışlar və idman oyunları keçiriləcək, attraksionlar qurulacaq. "Badminton zonası"nda maraqlı yarışlar təşkil olunacaq. 

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların tam ixtiyarına verilərək.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri