Icma.az
close
up
RU
Heydər Əliyev Mükafatı indiyədək kimlərə verilib? SİYAHI

Heydər Əliyev Mükafatı indiyədək kimlərə verilib? SİYAHI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.
Modern.az-ın məlumatına görə, Heydər Əliyev Mükafatı sonuncu dəfə 2023-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bəstəkar Rauf Abdullayevə verilmişdi.
Heydər Əliyev Mükafatı prezident İlham Əliyevin 2004-cü il martın 10-da verdiyi fərmanla təsis olunub. 2007-ci il sentyabrın 20-də dövlət başçısı mükafatın Əsasnaməsini təsdiqləyib.
Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
50 000 manat məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da - Ümummilli lider Heydər Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən verilir.
Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi sonuncu dəfə 28 iyul 2023-cü il tarixində təsdiqlənib. Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Komissiyada Baş nazir, Prezident Administrasiyasının rəhbəri, Baş nazirin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, nazirlər, yaradıcı təşkilatların sədriləri və digər şəxslər təmsil olunurlar.
Qeyd edək ki, mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və puldan ibarətdir. Döş nişanı qızıldan düzəldilir.

Heydər Əliyev mükafatı ilk dəfə 2009-cu ildə təqdim olunub. Əsasnamədə göstərilən məhdudiyyətə baxmayaraq (əsasnaməyə görə, Heydər Əliyev mükafatı hər il yalnız bir nəfərə verilə bilər) 2009-cu ildə mükafatı üç nəfər alıb: heykəltaraş, xalq rəssamı Ömər Eldarov, bəstəkar, xalq artisti Arif Məlikov, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.

2011-ci ildə yazıçı Anar Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.

2015-ci ildə Xalq rəssamı Tahir Salahov "Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə" bu mükafatı alıb.
2017-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Xalq yazıçısı Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatı verilib.

2019-cu ildə Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.
2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bəstəkar Rauf Abdullayevə Heydər Əliyev Mükafatı verilib.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri