Icma.az
close
up
RU
Trampın namizəd olduğu sülh mükafatı: kimlərə verilib? SİYAHI

Trampın namizəd olduğu sülh mükafatı: kimlərə verilib? SİYAHI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi dünya mediasında geniş müzakirə olunur. Artıq bir neçə dövlət onun namizədliyinin irəli sürülməsi barədə rəsmi müraciət ünvanlayıb.

Tramp hakimiyyətinin altı ayında 6 beynəlxalq münaqişəni dayandırdığını açıqlayıb. Trampın tərəfdarları, ona yaxın siyasətçilər buna görə ABŞ liderinin Nobel Sülh Mükafatına layiq olduğunu düşünürlər.

Qeyd edək ki, Tramp Hindistan və Pakistan, Kamboca və Tailand arasında toqquşmada vasitəçilik edib, həmçinin ötən həftə Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qonaq edərək iki ölkə arasında Birgə Bəyannamənin imzalanmasına nail olub. O, hazırda Rusiya və Ukrayna arasında müharibədə vasitəçilik etmək istəyir, bunun üçün avqustun 15-də Rusiya Prezidenti Putinlə görüşmək niyyətindədir.

Vaşinqtonda keçirilən görüşdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyan Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildiriblər.

"Prezident Trampa Nobel Sülh Mükafatının verilməsi məqsədilə Nobel Komitəsinə birgə müraciətin göndərilməsində Baş nazir Paşinyanla razılaşaq. Çünki üç onillikdən artıq müharibədə olmuş ölkələrin rəhbərlərinin burada tarixi imza atmaları həqiqətən böyük əhəmiyyət kəsb edir. Bu, Prezident Trampın rəhbərlik səylərinin nəzərəçarpan nəticəsidir.... Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim", - İlham Əliyev birgə mətbuat konfrasında deyib.

Nobel Sülh Mükafatı az da olsa bəzən siyasi liderlərə verilir. Mükafata layiq görülən şəxslər sırasında müxtəlif dövrlərdə dünya siyasətinə mühüm təsir göstərmiş prezidentlər, baş nazirlər və dövlət rəhbərləri yer alır.

Modern.az indiyədək Nobel Sülh Mükafatına mükafatına layiq görülən siyasi liderləri araşdırıb.

Nobel Sülh Mükafatı 1901-ci ildən verilməyə başlayıb. Mükafatın təsis edilməsindən 5 il sonra ABŞ Prezidenti Teodor Ruzvelt ona layiq görülüb. O, 1906-cı ildə Rusiya-Yaponiya müharibəsinin sülh yolu ilə bitməsinə vasitəçiliyə etdiyi üçün Nobel mükafatı alıb.

Mükafata layiq görülən növbəti siyasi lider də ABŞ Prezidenti olub. Vudro Vilson Birinci Dünya Müharibəsindən sonra Millətlər Cəmiyyətinin yaradılması təşəbbüsünə 1919-cu ildə Nobel Sülh Mükafatı alıb.

1921-ci ildə İsveç–Norveç münasibətlərinin dinc həlli və beynəlxalq əməkdaşlığa görə İsveçin Baş naziri Yalmar Brantinqə Nobel Sülh Mükafatı verilib.

Bundan sonra uzun illər Nobel mükafatı liderlərə təqdim edilməyib. Ancaq 1971-ci ildə Şərq–Qərb münasibətlərində gərginliyi azaltmaq istiqamətində atdığı addımlara görə Almaniya kansleri Villi Branda Nobel Sülh Mükafatı təqdim edilib.

1978-ci ildə ABŞ vasitəçiliyi ilə imzalanan Kemp-Devid sülh sazişinə görə İsrailin Baş naziri Menaxem Begin və Misir Prezidenti Ənvər Sədata Nobel Sülh Mükafatı verilib.

1983-cü ildə “Solidarność” hərəkatı vasitəsilə demokratiya uğrunda mübarizəyə görə Polşa Prezidenti Lex Valesa, bundan 4 il sonra isə Kosta Rika Prezidenti Oskar Arias Sançez Mərkəzi Amerikada sülh prosesinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.

1990-cı ildə soyuq müharibənin sona çatmasında və islahatlarda rolu üçün SSRİ dövlət başçısı Mixail Qorbaçov sülh mükafatına layiq görülür.

1993-cü ildə Cənubi Afrikada aparteid rejiminin sona çatdırılmasına görə liderlər Nelson Mandela və F. Klerkə Nobel mükafatı verilib.

2009-cu ildə beynəlxalq əməkdaşlıq və nüvə silahlarının yayılmaması istiqamətində təşəbbüslərinə görə ABŞ Prezidenti Barak Obamaya Nobel Sülh Mükafatı verilib.

Sonuncu dəfə bu mükafat siyasi liderlərdən Efiopiyanin baş naziri Abiy Əhmədə verilib. O, 2019-cu ildə Eritreya ilə sərhəd münaqişəsini sülh yolu ilə həll etdiyi üçün bu mükafata layiq görülüb.

Qeyd edək ki, vəzifədə olmadığı halda keşmiş liderlərdən Nobelə layiq görülənlər də var. Məsələn ABŞ-ın keçmiş Prezidenti Cimmi Karter 2002-ci ildə beynəlxalq diplomatiya və insan haqları sahəsində fəaliyyəti üçün Nobel mükafatı alıb.

Elnur Əmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri