Icma.az
close
up
RU
“Heydər Əliyev” ordeni alanlar... ADLAR

“Heydər Əliyev” ordeni alanlar... ADLAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Prezident İlham Əliyevin Sərəncamı ilə Nəriman Əliməmməd oğlu Həsənzadə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Qeyd edək ki, Nəriman Həsənzadənin 95 yaşı tamam olur.  

“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir.

Modern.az-ın məlumatına görə, “Heydər Əliyev” ordeni sonuncu dəfə 2025-ci il fevralın 20-də Azərbaycanın sabiq baş naziri Artur Rasizadəyə verilib.
“Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və döş nişanından ibarətdir.

Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüş, 999 əyarlı 3,9 qram gümüş, 585 əyarlı 25 qram qızıl, 750 əyarlı 57,4 qram qızıl, 999 əyarlı 6,5 qram qızıl və  müxtəlif karatlıq 447 brilyant daşdan istifadə olunub.
“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilər.
Orden ölkə vətəndaşlarına aşağıdakı hallarda verilir:

– Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

– Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

“Heydər Əliyev” ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.
 

Əcnəbilərə aşağıdakı hallarda verilir:

– Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

– Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

– Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.


“Heydər Əliyev” ordeninin ilk laureatı Prezident İlham Əliyevin özü olub. İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunub və ona “Heydər Əliyev” ordeninin bir nömrəli vəsiqəsi təqdim olunub.

Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni laureatlarının siyahısını təqdim edirik:
28.04.2005 – İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (Onun statusuna görə);

29.04.2005 – İhsan Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (93 yaşında).

29.01.2007 – Jak Şirak, Fransa Respublikasının sabiq Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 26 sentyabr 2019-cu ildə 86 yaşında vəfat edib.

27.03.2007 – Mstislav Rostropoviç, məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (80 yaşında).

21.05.2008 – Viktor Yuşşenko, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

27.11.2008 – Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə) 21 may 2021-ci ildə 92 yaşında vəfat edib;

14.06.2009 – Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin sabiq əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

02.07.2009 – Lex Kaçinski, Polşa Respublikasının keçmiş Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 10 aprel 2010-cu ildə təyyar qəzasında dünyasını dəyişib.

10.08.2009 – Valdis Zatlers, Latviya Respublikasının keçmiş Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

18.04.2011 – Trayan Besesku, Rumıniya Respublikasının keçmiş Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

14.11.2011 – Georgi Pırvanov, Bolqarıstan Respublikasının keçmiş Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

11.07.2012 – Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

13.09.2013 – Arif Məlikov, mərhum Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).

11.11.2013 – Abdulla Gül, Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə ).

17.11.2013 – Viktor Yanukoviç, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).

02.09.2014 – Rəcəb Tayyib Ərdoğan, Türkiyə Cümhuriyyətinin Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).

29.06.2015 – Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ( Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə).

28.11.2016 – Aleksandr Lukaşenko, Belarus Respublikasının Prezidenti (Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).
26.12.2016 – Zeynəb Xanlarova, görkəmli müğənni, xalq artisti, Milli Məclisin sabiq deputatı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

03.04.2017 – Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının qurucu Prezidenti. (Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

20.12.2017 – Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

18.07.2018 – Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti (Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

10.05.2019 – Xoşbəxt Yusifzadə, Azərbaycanın tanınmış mühəndis-geoloqu,geologiya-mineralogiya elmləri doktoru, mərhum professor, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq birinci vitse-prezidenti (Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə).

06.08.2019 – Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. (Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə).

03.02.2020 – Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakı sabiq səfiri, Milli Məclisin hazırkı deputatı (Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə)
20.02.2025 – Artur Rasizadə, Azərbaycan Respublikasının sabiq Baş naziri (Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri