Icma.az
close
up
RU
Sovet dönəmində tikilən obyektlərə niyə çıxarış verilmir? TANINMIŞ HÜQUQŞÜNASDAN AÇIQLAMA

Sovet dönəmində tikilən obyektlərə niyə çıxarış verilmir? TANINMIŞ HÜQUQŞÜNASDAN AÇIQLAMA

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əkrəm Həsənov: “Bunların statuslarını dövlət məmurları qəsdən qanunvericilikdə tənzimləmirlər”

“Bizdə daşınmaz əmlaklarla, xüsusən də SSRİ-dən qalmış əmlaklarla bağlı belə problemlər çoxdur”

Prezident İlham Əliyevin 14 iyun 2023-cü il tarixli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrasına başlanıldığı dövrdən indiyədək 5 557 daşınmaz əmlakın istismarına icazə verilib. Rəsmi məlumata əsasən, onlardan 4 196 obyekt üzrə mülkiyyət hüquqları dövlət reyestrində rəsmiləşdirilərək hüquq sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən çıxarış təqdim olunub.

İstismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir. Bəs sovet dönəmində inşa edilmiş və icazə sənədləri sovet dövründə verilmiş, amma çıxarışı olmayan qeyri-yaşayış obyekləri ilə bağlı vəziyyət nə yerdədir? Onlara da mülk hüququnu təsdiqləyən çıxarış sənədi asanlıqla verilirmi? Bu barədə hüquqşünas Əkrəm Həsənovun rəyini öyrəndik.  

- Əkrəm bəy, Azərbaycan Prezidentinin 14 iyun 2023-cü il tarixli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə istismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam etdirilir. İlk öncə bir məsələyə aydınlıq gətirmək istəyərdik. “İstismarına icazə verilən obyektlər” dedikdə hansı obyektlər nəzərdə tutulur? Ümumiyyətlə, istismara icazə verilmə kriteriyaları nələrdir?

- “İstismarına icazə verilmə” o deməkdir ki, dövlət komissiyası tərəfindən qəbul olunmuşdur.

- Əgər bu obyekt sovet dönəmində tikilibsə, yaxud hansısa qeyri-yaşayış obyektinin tikintisinə sovet dövründə icazə alınıbsa, oraya çıxarış verilməsi necə həll oluna bilər?

- Əgər Əmlak Xidmətinin reyestrində həmin tikili qeydiyyata alınmayıbsa, onda qanunsuz tikilidir. SSRİ vaxtında belə məsələlərə çox da diqqət yetirilmirdi. Çünki daşınmaz əmlaka mülkiyyət hüququ yox idi. Bütün mülkiyyət dövlətə məxsus idi. İndi də belə tikililər çoxdur. Amma qeyri-yaşayış obyektinin tikintisi haqda icazə sənədi varsa, onda o binanın ümumi mülkiyyətidir.

Amma belə deyim ki, siz bu məsələdə heç kəsdən birmənalı cavab almayacaqsınız. Bizdə ümumiyyətlə daşınmaz əmlaklarla, xüsusən də SSRİ-dən qalmış əmlaklarla bağlı belə problemlər çoxdur. Bunların statuslarını dövlət məmurları bilərəkdən, qəsdən qanunvericilikdə tənzimləmirlər. Bunu bilərəkdən edirlər ki, pul alsınlar.

- Bu, kooperativ binaların nəzdindəki obyektlərə də aiddir?

- Kooperativ binalarda binanın ümumi yığıncağı formal olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməlidir ki, bura bizimdir, çıxarış ver. Onlar da deyəcəklər sizin nə sənədiniz var? Tikilinin icazəsi verildikdə onlar da deyəcəklər ki, sizin icazəniz 1889-cu ilə aiddir, o vaxt SSRİ dövrü idi və s. Bizim indiki qanunvericilikdə belə sənədlə çıxarışın alınması nəzərdə tutulmayıb. Bu adla da çıxarış verilməyəcək. Gözləyəcəklər ki, gedib onlara pul verəsiniz. Onlar istifadə edəcəklər ki, qanunvericilikdə bu cür məsələlərin həlli yolu yoxdur, amma yaxşı olardı ki, bu məsələlər qanunla tənzimlənsin.

Mən bu barədə bir neçə təkliflər vermişəm. Amnistiya kimi bir şey olmalıdır ki, kimin hazırda nə tikintisi varsa, ona çıxarış verilməlidir. Amma, dediyim kimi, bunu bilə-bilə saxlayırlar. Nə qədər vətəndaşın evləri var ki, SSRİ-dən qalmadır, çıxarışsızdır, insanlar orada 50-60-cı illərdən yaşayırlar, qaz, su, işıq hamısı var, amma Daşınmaz Əmlakın Dövlət reyestrində belə bina yoxdur, çıxarış ala bilmirlər. Yəni belə hallar çoxdur. Bunun da hamısını bilə-bilə edirlər.

- Amma Prezidentin fərmanında 2023-cü il 14 iyuna qədər mövcud olan tikintilərdən söhbət gedir…

- O fərmanda icazəsi olan qeyri-yaşayış obyektlərindən söhbət getmir axı. Həm də onlar deyəcək ki, bu fərman indikilərə aiddir.

“İstismara icazə verilməsi” məsələsinə gəlincə isə dövlət komissiyası tərəfindən qəbul olunub, ya yox?! Məsələ budur. Hələ qorxun deməsinlər ki, bu binanın istismar müddəti bitib. Əslində, indi yanaşma belədir ki, SSRİ vaxtında tikilən binaların istismar müddəti bitib. Yəni kimin evini vurub dağıtmaq istəyirlərsə… Bir sıra insanların binasını dağıdırlar ki, burada biz təzə bina tikəcəyik, bina yararsızdır. Yararsızlığın da kriteriyaları yoxdur. Hər bir halda Daşınmaz Əmlakın dövlət reyestrinə müraciət etməlisiniz, onlar sizə imtina verəcək, məhkəməyə verəcəksiniz. Məhkəmə də deyəcək, qanunvericilikdə belə şey yoxdur, yəni Daşınmaz Əmlakın dövlət reyestri çıxarış verməməkdə haqlıdır.

Hazırladı: Jalə FAMİLQIZI

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Dekabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri