Icma.az
close
up
RU
Heydər Əliyev tək siyasətçi yox, həm də böyük Azərbaycançılıq ideologiyasının yaradıcısıdır

Heydər Əliyev tək siyasətçi yox, həm də böyük Azərbaycançılıq ideologiyasının yaradıcısıdır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hər ilin dekabrın 12-si Azərbaycan xalqı üçün böyük kədər və sonsuz ehtiram günüdür. Bu tarix, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Onun həyatı bütöv bir xalqın taleyi ilə qırılmaz tellərlə bağlıdır və onun irsi bu gün də dövlətçiliyimizin sarsılmaz təməli olaraq qalır. Ümummilli lider Heydər Əliyev 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır.Gənclik illərindən etibarən misilsiz intellekti və işgüzarlığı ilə seçilən Ümummilli lider Heydər Əliyev, qısa müddətdə böyük siyasi karyeraya sahib olaraq, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini birinci katibi oldu. Məhz həmin zamandan Azərbaycana rəhbərliyə gəlməsi ilə respublikanın inkişafında keyfiyyətcə yeni bir mərhələ başlandı. Onun sayəsində o illərdə Azərbaycan Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrildi".

Bunu 525.az-a millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki,  1969-1982-ci illər Heydər Əliyevin birinci rəhbərliyi dövrü milli şüurun oyanışı, iqtisadi potensialın güclənməsi və kadr potensialının formalaşması ilə yadda qaldı. Məhz həmin illərdə Azərbaycanın sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində böyük layihələr həyata keçirildi. Bu tərəqqi 22 ildən sonra Azərbaycanın müstəqilliyinin bərpası üçün möhkəm zəmin yaratdı:

"Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində yüksək vəzifə tutması onun beynəlxalq nüfuzunun təsdiqi idi. Lakin o, həmişə ürəyində Azərbaycan sevgisini daşıyırdı. Onun 1990-cı ilin Qanlı Yanvar hadisələrindən dərhal sonra Bakıya gəlməsi və xalqa dəstək olması, onun vətəninə bağlılığının ən bariz nümunələrindən biri idi. 1993-cü ildə ölkənin çətin bir dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması Azərbaycanın müstəqilliyini xilas etdi. Vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran və beynəlxalq təcrid şəraitində Ümummilli Lider Heydər Əliyev gərgin zəhmət və qətiyyətlə sabitlik yaratdı və inkişaf yolunu müəyyənləşdirdi. Bu qayıdış tariximizə "Milli Qurtuluş" kimi həkk olundu.

Ulu Öndərin müstəqillik illərində imzaladığı "Əsrin müqaviləsi", həyata keçirdiyi neft strategiyası və ordu quruculuğu siyasəti Azərbaycanı regional liderə çevirdi. Onun beynəlxalq arenada apardığı uzaqgörən siyasət ölkəmizin ərazi bütövlüyü və suverenliyi məsələlərini daim gündəmdə saxladı. Heydər Əliyev tək siyasətçi yox, həm də böyük Azərbaycançılıq ideologiyasının yaradıcısıdır. Xalqın milli kimliyini gücləndirdi, vətənpərvərlik ruhunu yüksəltdi və fərqli siyasi baxışlara malik vətəndaşları vahid məqsəd ətrafında birləşdirdi bu məqsəd isə müstəqil və qüdrətli Azərbaycan idi. Bu gün biz Ümummilli lider Heydər Əliyevin siyasi kursunun onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha görürük. Müstəqil və qüdrətli Azərbaycan dövlətinin qurulmasında Ulu öndərin göstərdiyi uzaqgörən siyasəti, müdrikliyi, rəhbərliyi və xalqla qurduğu möhkəm əlaqələri bu gün ölkəmizin hər sahədə inkişafında özünü göstərir.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam bərpası məhz Heydər Əliyevin təməlini qoyduğu güclü dövlətçilik siyasətinin nəticəsidir. Bu qələbə xalqımızın birliyi, həmrəyliyi və müasir ordu quruculuğunda göstərilən səylərin uğurlu nəticəsidir. Ruhunuz şad olsun, Ulu öndər! Sizin qurduğunuz qüdrətli dövlət və qoyduğunuz dəyərlər Azərbaycanı daha da güclü, müstəqil və inkişaf edən bir ölkə kimi dünyaya tanıtdı. Sizin ideyalarınız və vəsiyyətiniz gələcək nəsillər üçün əbədi bir ilham mənbəyidir".

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Dekabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri