Icma.az
close
up
RU
Heydər Əliyev və Corc Buş balıq tutarkən nə danışıblar?

Heydər Əliyev və Corc Buş balıq tutarkən nə danışıblar?

Icma.az, Azpost portalına istinadən məlumat verir.

2000-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyev və ABŞ-ın eks–prezidenti, ata Corc Buş arasında maraqlı görüş olub. Qeyri–rəsmi keçirilən bu görüş zamanı Corc Buş Heydər Əliyevi öz rançosuna aparıb və orada şam yeməyi verib.

AzPost “FOTOXRONİKA” layihəsi çərçivəsində 24 il əvvəlki səfəri yenidən xatırladaraq bu şəkli oxuculara təqdim edir.

Bu görüş bir zamanlar iki süper dövlətin – SSRİ və ABŞ-ın rəhbərliyində olmuş siyasətçilərin təmasları baxımından maraqlıdır. Edilən söhbətlərdəki notlar, mesajlar və replikalar bunu bir daha göstərir…

Qeyd edək ki, Azərbaycan Respublikasının o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun dəvəti ilə sentyabrın 9-da Nyu-Yorkdan Portlend şəhərinə yola düşərək oradan avtomobil karvanının müşayiəti ilə Kennibunkport şəhərinə gəlib. Corc Buş Heydər Əliyevin görüşünə gələrək onu böyük hörmət və mehribanlıqla qarşılayıb.

Bundan sonar prezident Heydər Əliyev və Corc Buş katerlə malikanəyə yola düşüblər. İki  dövlət xadimi XXI əsrin astanasında gələcək qarşılıqlı münasibətlərin və bərabərhüquqlu əməkdaşlığın prinsiplərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüş zamanı hər iki lider katerlə malikanəyə gəlib. C.Buş prezident Heydər Əliyevi yaşadığı evlə tanış edib, hər gün balıq tutduğunu bildirib.

“Görürsünüz, burada çoxlu balıqlar var. Mən indi onlardan birini tutmağa çalışacağam. Baxın, xırda balıqlar suda atılıb-düşürlər. Bu o deməkdir ki, böyük balıqlar kiçiklərin dalınca düşüblər, onlar da yaxalarını qurtarmaq istəyirlər”-deyə suya qırmaq atan Buş H.Əliyevə deyib.

Buş daha sonra H.Əliyevdən Azərbaycanda havaların necə keçdiyini soruşub.

Görüşdə Amerika tərəfdən milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft və  sabiq dövlət katibi Lari İqlberger və Corc Buşun bacısı iştirak edib.

Corc Buş dəvəti qəbul edib, evində  onu ziyarət etməyə görə təşəkkür edib: “Buraya gəlməyinizi mənə göstərdiyiniz böyük şərəf kimi dəyərləndirirəm. Ona görə də Sizə çox böyük təşəkkürümü bildirirəm”.

Heydər Əliyev də onu şəxsi evinə dəvət etməsinə görə, Buşa minnətdarlıq edib. Dövlət başçısını hələ SSRİ-də yüksək vəzifədə olarkən tanıdığını bildirib.

“ Siz Amerika Birləşmiş Ştatlarının ən dəyərli, ən hörmətli və tarixdə böyük hadisələrlə mühüm yer tutmuş prezidenti olmusunuz. Sizin vitse-prezident, prezident olduğunuz, ondan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etdiyiniz, ondan da qabaq Çində işlədiyiniz vaxt mənim yaxşı yadımdadır. O vaxtlar mən Sovetlər İttifaqının rəhbərlərindən biri idim, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü idim. Biz Amerikada kimin kim olduğunu həmişə izləyirdik. Corc Buş həm vitse-prezident, həm Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, həm də prezident kimi həmişə məşhur olmuşdur. Ona görə də o vaxtlar Sizin şəxsiyyətinizə çox böyük maraq var idi. Həmin dövrdə mən Sizinlə görüşə bilməmişdim. Amma indi çox məmnunam ki, Sizinlə görüşürəm. Mən bir daha Sizə təşəkkür edirəm ki, zəhmət çəkib məni öz evinizə dəvət etmisiniz. Əgər siz məni Ağ Evə dəvət etsəydiniz, mən bugünkü görüşümüzü ondan qiymətli hesab edərdim”-deyə Heydər Əliyev vurğulayıb.

Daha sonra Azərbaycan prezidenti Heydər Əliyev ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında görüş olub. Görüşdə Amerikanın sabiq dövlət katibi Lari İqlberger, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft iştirak ediblər.

Buş Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlara, respublikamız üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində görülən işlərə böyük maraq göstərib.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən prezident Heydər Əliyev bu görüşdə Amerikanın görkəmli siyasi xadimləri cənab İqlbergerin və general Skoukroftun iştirak etmələrindən çox məmnun qaldığını nəzərə çatdırıb. Azərbaycanda aparılan demokratik islahatlar nəticəsində əldə edilmiş uğurlardan, siyasi plüralizmin, söz azadlığının bərqərar olmasından bəhs edən respublikamızın rəhbəri qarşıdakı parlament seçkilərinin ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ yaradacağına əmin olduğunu bildirib.

Görüşdə Azərbaycan–Amerika münasibətlərinin daha da sıxlaşdırılması, bölgədə vəziyyət və bir sıra digər məsələlər barədə fikir mü badiləsi aparılıb. Prezident Heydər Əliyev cənab Corc Buşu bir daha Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

ABŞ-ın 41 -ci prezidenti olmuş Corc Buş 2018-ci ildə vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri