Icma.az
close
up
RU
Heydər Əliyevin 31 il öncəki Yeni il müraciəti: o arzular gerçəkləşdi...

Heydər Əliyevin 31 il öncəki Yeni il müraciəti: o arzular gerçəkləşdi...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda Şimali və Cənubi Azərbaycan arasındakı sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Sonrakı il Azərbaycan parlamenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qərar qəbul edib.
1993-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub.
Ümummilli lider 1993-2002-ci illərin 31 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı xalqa müraciətlər edib.
Modern.az Heydər Əliyevin xalqa ilk müraciətini nəzərdən keçirib.
O, 1993-cü il dekabrın 31-də Azərbaycan xalqına ilk bayram müraciətini həm pessimist, həm də optimiz ruhda qurmuşdu. Həmin müraciətdə qeyd olunub:
“Sona çatan 1993-cü il Azərbaycan xalqı üçün, respublikamız üçün ağır və çətin il olmuşdur. Bu il Azərbaycan Respublikasının həyatında mürəkkəb ictimai-siyasi proseslər baş vermiş, dəyişikliklər əmələ gəlmişdir. Bu il Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində müharibə davam etmiş, respublikamızın torpaqlarının bir qismi işğal olunmuş, həmvətənlərimiz, soydaşlarımız yaşadıqları yerlərdən didərgin düşmüş, qaçqın olmuşlar. Bu il Azərbaycan Respublikası dərin iqtisadi, sosial böhran içində olmuşdur….
... Ancaq qeyd etmək lazımdır ki, indi vəziyyət dəyişmişdir. Son aylarda respublikamızda ordunun qurulması, nizamlanması, torpaqlarımızın etibarlı müdafiə olunması sahəsində aparılan işlər nəticəsində biz böyük dəyişikliklərin şahidiyik. İndi bizim ordu hissələrimiz, qəhrəman döyüşçülərimiz torpaqlarımızın müdafiəsində etibarlı durublar, qəhrəmanlıq nümunələri göstərirlər, erməni silahlı qüvvələrinin hücumuna qarşı layiqli cavablar verirlər, onlara zərbələr endirirlər. Məmnuniyyət hissi ilə demək olar ki, son aylarda erməni silahlı qüvvələrinin bütün cəhdləri məğlubiyyətə uğrayıbdır, onların hücumları dəf olunubdur. Respublikamızın silahlı qüvvələri tutduğu mövqeləri etibarlı müdafiə edirlər və erməni silahlı qüvvələrinə Azərbaycan Respublikasının gücünün və qüdrətinin nə qədər artdığını artıq sübut edirlər...

...Biz sülh tərəfdarıyıq. Ancaq bununla yanaşı, müdafiə qüvvələrimizi gücləndiririk, torpaqlarımızı azad etməyə, işğal olunmuş ərazilərimizin geri qaytarılmasını təmin etməyə çalışırıq və çalışacağıq. Xalqımız əmin ola bilər ki, respublikamızın ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün bütün tədbirlər görüləcəkdir.

Siz, əziz vətəndaşlar, əziz qardaşlar və bacılar, əmin ola bilərsiniz ki, işğal olunmuş torpaqlarımız nəyin bahasına olursa-olsun azad ediləcəkdir. Qaçqınlar öz evlərinə, obalarına qayıdacaqlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi tamamilə təmin olunacaqdır...”.
 

Heydər Əliyevin 31 il əvvəl xalqa ünvanladığı mürüciətində qeyd etdiyi arzular bu gün gerçəkləşib. O zaman Ümumilli lider xalıq əmin etmişdi ki, respublikamızın ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün bütün tədbirlər görüləcək. O, işğal olunmuş torpaqlarımız nəyin bahasına olursa-olsun azad ediləcəyinə, qaçqın-köçkünlərin öz evlərinə, obalarına qayıdacaqlarına, Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyinin tamamilə təmin olunacağına söz vermişdi.
Heydər Əliyevin ömrü arzularını həyata keçirməyə vəfa etmədi. Amma onun yarımçıq qalan işlərini oğlu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gerçəkləşdirdi.
Azərbaycan uzun illər səbrlə dözdü, heç bir təsir və təzyiq qarşısında geri çəkilmədi, qətiyyətli və prinsipial mövqeyindən dönmədi, özünün strateji və taktiki planlarıyla hərəkət etdi...  
İnkişaf yolunda irəlilədi, müstəqil siyasət yürütdü, dövlətçiliyini möhkəmlətdi, Ordusunu qurdu, iqtisadiyyatını gücləndirdi, diplomatiyada çətin qələbələr qazandı...
Və Heydər Əliyevin 1993-cü ildə - o çətin və məşəqqətli dövrdə səsləndirdiyi arzular həyata keçdi:
- Azərbaycan Qarabağ müharibəsini uduzmuş dövlətdən savaşı qazanan dövlətə çevrildi...
- Məcburi köçkünləri işağaldan azad olunmuş torpaqlara - Qarabağa, Şərqi Zəngəzura həmişəlik qayıdışı gerçəkləşdi...
- Ərazi bütövlüyünü, dövlət suverenliyini tam şəkildə bərqərar etdi...
- Separatçılığa həmişəlik son qoydu...
- 200 ildən bəri davam edən “erməni problemi”ni kökündən həll etdi...
- Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı.
- Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşuldu, ona etimad artdı... 
- 44 günlük müharibədəki Qələbədən sonra dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanla birmənalı olaraq hesablaşmağa, Bakının rəylərini nəzərə almağa başladı...
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri