Icma.az
close
up
RU
Heydər Əliyevin izi ilə: 31 il əvvəl verdiyi mesaj diqqət çəkdi

Heydər Əliyevin izi ilə: 31 il əvvəl verdiyi mesaj diqqət çəkdi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri dini və milli tolerantlığın qorunması, eyni zamanda millətlərarası münasibətlərin möhkəmləndirilməsidir. Bu istiqamətdə görülən işlər ölkədə ictimai sabitliyin təmin olunmasına və cəmiyyətdə birliyin güclənməsinə töhfə verir. Tarixə nəzər saldıqda, ölkəmiz uzun əsrlərdir müxtəlif dinlərin və xalqların sülh şəraitində yaşadığı bir məkan kimi tanınır. Burada müsəlmanlarla yanaşı, xristian, yəhudi və digər dini icmalar da fəaliyyət göstərir. Mədəniyyətlərarası dialoqun təşviqi ölkənin beynəlxalq miqyasda tolerantlıq nümunəsi kimi qəbul edilməsinə şərait yaradıb.

Dini tolerantlıq və dözümlülüyün mahiyyəti nədən ibarətdir? Bu ənənələrin möhkəmləndirilməsi və inkişafı istiqamətlərində hansı işlər görülür?

Globalinfo.az-a danışan Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov deyib ki, tolerantlıq demokratik və multikultural cəmiyyətlərin əsas dəyərlərindən biri kimi son illərdə əhəmiyyəti getdikcə artan və mütərəqqi dünyada geniş müzakirə obyektinə çevrilən mövzulardan biridir:

“Mahiyyət etibarilə tolerantlıq bir cəmiyyətdə irqi, milli, dini, etiqadi kimliyindən asılı olmadan hər kəsin mövcudluğuna təminat verən hüquqi borc, mənəvi tələbat, dini-əxlaqi və siyasi dəyər, mənsubiyyətindən asılı olmayaraq insanlara hörmətlə yanaşmaqdır. Bu gün sürətli inteqrasiya və miqrasiya proseslərini ehtiva edən qloballaşma dövründə birgəyaşayış prinsiplərini bərqərar edərək tolerant bir mühit formalaşdırmadan cəmiyyətlərdə sosial-siyasi sabitliyə və mənəvi rahatlığa nail olmaq qeyri-mümkündür. Bir dəyər kimi tolerantlıq müxtəlif etiqad və düşüncələri mənimsəyən insanlardan ibarət cəmiyyətlərin mövcudluğu üçün olduqca əhəmiyyətlidir. Cəmiyyəti təşkil edən fərqli kimliklər arasında qarşılıqlı hörmətin təsis edilməsi məhz tolerantlıqla əlaqədar dəyərlərin təbliği və təlimi ilə mümkün görünür. Əks halda, cəmiyyət və dövlətlərin daxili çaxnaşma, münaqişə və qarşılıqlı dözümsüzlük kimi neqativ hallara maruz qalması labüddür. Dünyanın birgəyaşayış və tolerantlıqla əlaqədar mənzərəsi bizi onu deməyə sövq edir ki, bu, bir dəyər kimi bu gün həm fərdlərarası, həm də ictimai münasibətlərdə rifahı, xoşbəxtliyi və ədaləti ehtiva edəcək mühitin formalaşdırılması naminə əvəzolunmaz bir dəyərdir”.

Anar Qafarov

Dosent qeyd edib ki, dini dözümlülük başqa dinlərin mənsublarına hörmət və etiramla yanaşmaqdır:

“Sözsüz ki, hər bir anlayışın və dəyərin məhdud sferası var. O cümlədən, tolerantlığın da bir sərhədi var. Belə ki, tolerantlı yanaşmanın sərhədini cəmiyyətdə dözümsüz hadisəyə haqq qazandırmaq, öz inancını başqasının inancı qarşısında yox saymaq və ya ona güzəştə getmək təşkil edir. Məsələni bu aspektdən dəyərləndirsək, tolerantlığı həm də belə tərif etmək olar: “Tolerantlıq insanın öz hüquqlarının başladığı həddə qədər başqasının hüquqlarına mane olmamasıdır”.

A.Qafarov bildirib ki, ölkəmizdə milli-mənəvi və dini dəyərlər istiqamətindəki siyasi-ictimai fəaliyyətlərdə ümumbəşəri dəyərlər də gözardı edilməyib:

“Belə ki, ölkəmizin mənəvi dəyərlər istiqamətindəki dövlət siyasəti təkqütblü olmayıb, mahiyyəti etibarilə mədəni-mənəvi müxtəlifliyi və multikulturalizmi də özündə ehtiva edir. Bu mənada, Ulu öndər Heydər Əliyevin 26 avqust 1994-cü ildə Peyğəmbərimiz Həzrət Məhəmmədin mövludu günündəki nitqində dilə gətirdiyi ifadələr diqqətəlayiqdir: “İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da ölkəmizin bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyuruğu, bizim yolumuzudur”.

Bu nitqi sosial-fəlsəfi aspektdən təhlil etsək, görərik ki, burada sosial-mənəvi vəhdət, birlik və tolerantlılıq istiqamətində mühüm mesajlar mövcuddur. Məsələnin teoloji və hüquqi aspektinə də işarə edən bu nitqdə insanların dini, mədəni mənsubiyyətindən asılı olmayaraq, başqa dinlərə, mədəniyyətlərə, mənəvi dəyərlərə və adət-ənənələrə hörmət bəsləmələri və dözümlü olmaları tövsiyə edilir”.

Dosent əlavə edib ki, Azərbaycanda birgəyaşayış və multikulturalizm sahəsində atılan addımlar, aparılan siyasət ölkə konstitusiyasına, beynəlxalq hüququn prinsiplərinə və normlarına, həmçinin qoşulduğumuz beynəlxalq müqavilələrə və bunlardan irəli gələn digər normativ hüquqi aktlara və qanunlara əsaslanır.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri