Icma.az
close
up
RU
Heydər Əliyevin böyük planı: Avropaya ildə 40 min avtomobil ixracı FOTO

Heydər Əliyevin böyük planı: Avropaya ildə 40 min avtomobil ixracı FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə gördüyü işləri 1 cümlə ilə belə xarakterizə etmək olar: Azərbaycan SSR qısa müddətdə aqrar ölkədən sənaye ölkəsinə çevrildi. 

Avtosfer.az xəbər verir ki, Heydər Əliyevin Moskvaya gedişi də xalqımız üçün tarixi şans oldu. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi səlahiyyətlərindən istifadə edərək Azərbaycana xüsusi diqqət ayırdı. İlk başda yenə də sənayeləşmə dayanırdı. 
1980-ci illərin ortalarında SSRİ-də yüngül kommersiya avtomobillərinə ciddi ehtiyac yaranmışdı. Lakin bu maşınları istehsal edəcək zavodların başı hərbi sifarişlərə qarışdığı üçün heç kim mülki texnikaya maraq göstərmirdi. Belə olan halda, Heydər Əliyev çıxış yolunu tapır.

Maşınqayırma sahəsini kurasiya edən birinci müavin çox sadə çıxış yolu təklif edir: UAZ hərbi avtomobil istehsalı ilə məşğuldur, onu heç bir halda əsas profildən ayırmaq olmaz. Gürcüstan və Ermənistanda avtomobil zavodları fəaliyyət göstərir, Azərbaycanda isə yoxdur. 

Beləliklə, 5 avqust 1983-cü ildə Sov.İKP MK-da 1,5 tonluq avtomobil istehsal edən zavodun tikintisi qərara alınır. Buna görə də təcili qaydada Avropadan bir neçə ədəd “Renault”, “Ford”, “Mercedes” və “Iveco” alınır. Moskvada yerləşən NAMİ (Elmi-Tədqiqat Avtomotor İnstitutu) təcili qaydada yeni maşının eskizlərini hazırlanmağa başlayır. Bura qədəri hər şey aydın və rəvan gedir. 

Növbəti mərhələdə, işin icrası SSRİ Nazirlər Sovetinə tapşırıldıqda isə Heydər Əliyevin nüfuzu və təcrübəsi təkrar dövrəyə girir: 21 dekabr 1984-cü il tarixli qərarla 1986-1990-cı illərdə Azərbaycan SSR-in Kirovabad (indiki Gəncə - müəl.) şəhərində illik istehsal gücü 100 min ədəd olan avtomobil zavodunun tikintisi qərara alınır. Bu maşınlardan azı 40 min ədədi Avropaya ixrac edilməli idi.

Lakin burada da sovet bürokratiyası işə düşür: Yerevan Avtomobil Zavodunun sınaq mərhələsində olan avtomobilinin (YerAZ) yeni zavodda istehsal edilməsi təklif olunur. Lakin Ümummilli Lider istehsala başlamadan mənəvi cəhətdən köhnəlmiş modelin Azərbaycana gətirilməsinə qətiyyətlə qarşı çıxır. 

1984-cü ildə artıq prototiplər hazır idi. Məşhur Dmitrov poliqonunda NAMİ-0267 və NAMİ-3305 tipli furqonların sınaqları başlayır. Avtomobillər xüsusi hazirlanmiış 2,5  litrlik Dizel mühərriki və beşpilləli ötürmə ilə (o vaxt SSRİ üçün çox ciddi texnoloji yenilik idi – müəl.) təchiz edilmişdi.
1986-cı ildə zavodun tikintisi başlayır, paralel olaraq azərbaycanlı mühəndislər UAZ, QAZ və digər zavodlara təcrübəyə göndərilir.

İşlər tam templə getdiyi vaxtda 1986-cı ildə Çernobıl AES-də baş verən qəza gedişatı dəyişir. Ölkənin bütün resursları faciənin nəticələrini aradan qaldırmağa yönəlir. Zavod tikintisində sürət azalsa da, iş dayanmır. Hətta Britaniya, Almaniya və İtaliyadan bahalı avadanlıqlar alınaraq Kirovabada gətirilir. 

İşin gedişində böhran növbəti il baş verdi. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Artıq Azərbaycanın düşmənləri arzusuna çatmışdı. 1988-ci ildən sonrakı siyasi proseslərdən hər kəs xəbərdardır. 

Heydər Əliyev işdən uzaqlaşan kimi yeni avtomobilin sənədləri Bryansk Avtomobil Zavoduna (BAZ) verilir. Halbuki, bu zavod 50 ildir ağır hərbi texnika istehsalı edirdi, kiçik avtomobil istehsalı imkanı sıfıra bərabər idi. Məntiqi olaraq yaxşı heç nə alınmır. Ardınca Sovet İttifaqı dağılır. Bryansk zavodu hazır çertyojlar əsasında avtomobil istehsalına başlayır. Lakin 1994-1996-cı illərdə cəmi 157 maşın istehsal etmək mümkün olur. Köhnə texnologiyaya əsaslanan istehsalın maya dəyəri yüksək olduğundan maşına maraq olmur və istehsal dayanır. 
Bir sözlə, Heydər Əliyevin hakimiyyəti itirməsindən sonra Azərbaycan çox böyük və perspektivli müəssisədən məhrum olur. Beləcə, Azərbaycanın böyük avtomobil istehsalçısına çevrilməsi planı da tarixə qovuşur.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri