Icma.az
close
up
RU
Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi” FOTO

Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi” FOTO

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və partiyanın Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Heydər Əliyev zirvəsi" mövzusunda tədbir keçirilib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

"Bakı KOB evi"ndə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: "Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Əldə olunan uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası dayanır".

Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. Z.Musayeva bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib: "Bu gün məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni zirvələr fəth edir. Uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazandı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu".

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir. O.Məmmədov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan iqtisadiyyatını yeni fəlsəfi əsaslarla qurmasıdır: "Ümummilli Lider Heydər Əliyevin iqtisadi strategiyasında sahibkar və sahibkarlıq fəaliyyəti xüsusi rol oynayır. Ulu Öndər sahibkarlığı milli iqtisadi gücün əsas dayağı kimi qiymətləndirirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə sahibkarlığın hüquqi bazası formalaşdı, özəl mülkiyyətin toxunulmazlığı, azad rəqabət, əlverişli investisiya mühiti, KOB-ların dəstəklənməsi kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi".
O.Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan bütün mexanizmlər - investisiyaların təşviqi, güzəştli kredit mexanizmi, rəqəmsal xidmətlər və yeni iqtisadi yanaşmalar əsasında biznes mühitinin yaxşılaşdırılması məhz Ulu Öndərin əsasını qoyduğu təməl üzərində Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə isə mövzu ilə bağlı məruzəçi qismində çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini deyib: "Azərbaycan xalqı çox xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi".
Dilarə Seyidzadə qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda xalqına dayaq oldu. O bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. "Mən "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulamaq istəyirəm. O yumruqda xalqımızın birliyini görürəm. Bu, milli birlikdir, Heydər Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya göstərdi ki, qalib ölkədir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. O, xalqını, dövlətini elə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana İlham Əliyev kimi dövlətini, xalqını sevən lideri bəxş etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan bütün sahələrdə inkişaf edir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir", - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri