Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Heydər Əliyevin tarixi rolu danılmazdır ŞƏRH

Heydər Əliyevin tarixi rolu danılmazdır ŞƏRH

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Heydər Əliyev (1923–2003) XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında dərin iz qoymuş Azərbaycan xalqının Ümummilli Lideridir. Onun fəaliyyəti sayəsində müstəqil Azərbaycanın bugünkü dövlətçilik əsasları formalaşdırılmış, respublikanın milli dövlətçilik, siyasi sabitlik, sosial rifah və mədəni-mənəvi dirçəliş istiqamətində geniş təməli qoyulmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, sovet dövründə — 1969–1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında respublikada geniş sənaye və infrastruktur layihələri həyata keçirilmiş, neft sektorundan başqa sahələrdə — kənd təsərrüfatı, sənaye istehsalı, tikinti və sair sahələrin inkişafı sürətlənmişdir: "Onun dövründə Azərbaycanda sənaye müəssisələrinin sayı artmış, iqtisadiyyat modernləşmiş, əmək məhsuldarlığı və gəlirlər yüksəlmişdir. Bu, yalnız sovet dövrünün deyil, müstəqillik dövrünün iqtisadi əsaslarının formalaşması üçün də zəmin yaratmışdır.

Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə müasir Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Bu, ölkənin hüquqi-siyasi əsaslarının möhkəmlənməsi baxımından çox önəmli idi. Eyni zamanda, plüralist siyasi sistemin formalaşması, mətbuatın, milli, müstəqil medianın təşəkkülü istiqamətində addımlar atılmış, söz və informasiya azadlığına önəm verilmişdir. Bu siyasi islahatlar sayəsində Azərbaycan dövləti yalnız adətən formalaşmış yox, həm də hüquqi, institusional bazaya malik olmuşdur.

Heydər Əliyev “Azərbaycançılıq” ideyasını milli kimlik, milli ruh, tarixi yaddaş və mədəni dəyərlərin bərpası və qorunması prizmasından önə çəkmişdir. Onun təşəbbüsü ilə tarixi memarlıq və mədəni irs abidələrinin qorunması üçün addımlar atılmışdır. Eyni zamanda, Ulu Öndər təhsil, elm və mədəniyyət sahələrinin inkişafına böyük önəm vermişdir.

Heydər Əliyev sosial rifah, vətəndaşların sağlamlıq, sosial müdafiə və mənafeyinin təminatı kimi məsələləri prioritetə çevirərək, “sosial dövlət” modelinin əsaslarını qoymuşdur. Bu modelin təməli onun dövründə formalaşmış və müstəqillik illərindən hal-hazırki dövrə kimi davam etdirilmişdir.

Ümummilli Liderin dövründə və sonrakı illərdə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənmiş, ölkəmizin strateji mövqeyi nəzərə alınaraq balanslı və müstəqil xarici siyasət xətti formalaşdırılmışdır. Bu siyasət müasir dövrdə Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzlu aktor kimi tanınmasına imkan yaratmışdır. Onun siyasəti nəticəsində yaradılmış sosial, iqtisadi, mədəni, hüquqi və institusional baza müasir Azərbaycanın dayanıqlı və inkişaf edə bilən dövlətə çevrilməsində əsas rol oynamışdır.

“Azərbaycançılıq” ideologiyası və milli kimlik, milli ruhun bərpası prosesləri xalq arasında böyük özünüdərkin yaranmasına, milli mənlik şüurunun bərpa edilməsinə xidmət etmiş, yeni nəsillərin formalaşmasına şərait yaratmışdır. Ulu Öndərin Elm, təhsil və mədəniyyətə verdiyi önəm sayəsində Azərbaycanın intellektual potensialı artmış, gənc kadrların formalaşdırılması həyata keçirilmiş, cəmiyyətin maariflənməsi istiqamətində mühüm addımlar atılmışdır. Onun ideyaları, siyasi kursu və dövlətçilik modeli bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilir.

Beləliklə, Heydər Əliyevin irsi nəinki onun dövründə xalqımıza və dövlətimizə xidmət etdi, həm də gələcək nəsillərə, müasir, müstəqil, milli dövlət ideyaları ilə yaşamağı seçmiş ölkəyə miras qaldı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş qanunlar, dövlət strukturlarının formalaşması, mədəni və dövlətçilik irsinin qorunması, milli dəyərlərin təşviqi müstəqil Azərbaycanın gələcək inkişafını təmin edən möhkəm təməl oldu. Bugünkü modern Azərbaycanın sosial rifah, stabil iqtisadiyyat, beynəlxalq nüfuz, mədəni zənginlik və milli kimlik baxımından formalaşmasında Heydər Əliyevin tarixi rolu danılmazdır. Onun ideyaları və dövlətçilik prinsipləri bu gün də yaşadılır, inkişaf edir və yeni nəsillərə ötürülür. Bu baxımdan Heydər Əliyev yalnız tarixi şəxsiyyət deyil, həm də müasir Azərbaycan dövlətinin memarıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri