Icma.az
close
up
RU
HƏYƏCAN TƏBİLİ: “Bakı şəhəri betonlaşır, Günəşdən gələn istilik şüaları geri dönmür...”

HƏYƏCAN TƏBİLİ: “Bakı şəhəri betonlaşır, Günəşdən gələn istilik şüaları geri dönmür...”

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Xəzər dənizinin dayazlaşması ilə bağlı görüləcək işlərin töhfə verəcəyini düşünmürəm. Təkcə Azərbaycan və Rusiya yox, beynəlxalq aləmin Xəzərə biganə qalmaması lazımdır. COP29-da bununla bağlı ciddi müzakirələr aparıldı. Azərbaycan və Rusiya bu məsələdə gec qalıblar. Tezliklə prosesi həll etmək lazımdır”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib:
“Xəzərin suyunun aşağı endiyi hər bir metr biomüxtəlifliyə ciddi təsir göstərir. Bu mənada təcili tədbirlər alınmalıdır. Xəzərin sudaşıyıcı çaylarının Xəzərə çatması üçün Xəzərsahili dövlətlərin hər biri önəmli addımlar atmalıdır. Sudaşıyıcı çayların axarı boyu qurulan qarajlara, əkinçilik sistemlərinə ciddi nəzarət olmalıdır”.
Onun sözlərinə görə, suyun dayazlaşmasında iqlim dəyişikliyinin də rolu var:
“İqlim milyon illərdir dəyişir. Sadəcə son dövrlər bunun üzərində çox danışılır. İqlim dəyişikliyi bəşər yarandığı gündən davam edir. Bu dəyişiklik Xəzər dənizinə də birbaşa təsir edir. Son 50 ildə iqlim dəyişikliyi hiss olunacaq dərəcədə sürətləndiyinə görə problemlər artır. İqlim dəyişikliyinə dəstək verən insan faktoru var. Bakı şəhəri betonlaşır. Günəşdən gələn istilik şüaları geri dönmür. Həmin şüaların bir hissəsi geri qayıtmalıdır. Bizdə səhralaşma getdiyinə görə şüalar torpaqda qalır. Bunun nəticəsində torpaqda buxarlanma gedir. İstiliyin təsirindən dənizdə də buxarlanmanın səviyyəsi yüksəlir. Bunlar hər biri bir-birinə bağlı olan problemlərdir”.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri