Icma.az
close
up
RU
Həyəcan yox idi, inam var idi 300 bal toplayan şagird

Həyəcan yox idi, inam var idi 300 bal toplayan şagird

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzi aprelin 5-də keçirilən 9-cu sinif buraxılış imtahanının nəticələrini açıqlayıb. 8 nəfər şagird maksimal 300 bal toplayıb. Şəki şəhəri, Kimya biologiya təmayüllü respublika liseyin şagirdi Aysu Cəmilli imtahanda 300 bal toplayaraq adını ölkə birinciləri sırasına yazdırıb.

Redaktor.az-ın əməkdaşı imtahanda qazandığı bu möhtəşəm uğurla həm ailəsini, həm də müəllimlərini qürurlandıran Aysu ilə söhbətləşib.

– İlk olaraq suallarla bağlı təəssüratlarını bölüşərdin. İmtahan sənin üçün çətin idi, yoxsa asan?

– Düzünü desəm, imtahan mənə görə asan idi. Sualları cavablandırarkən heç bir çətinlik çəkmədim. Ümumiyyətlə, hazırlıq səviyyən yaxşı olanda suallar adama daha anlaşıqlı gəlir.

– Bəs bu nəticəni gözləyirdinmi? Yoxsa 300 balı ekranda görmək sənin üçün sürpriz oldu?

– Bəli, maksimal nəticəni gözləyirdim. Amma təbii ki, nəticələr elan olunana qədər daxilimdə kiçik də olsa şübhələrim var idi. Hər şeyin tam dəqiqləşməsini gözləmək həyəcanlı idi.

– 300 bal topladığını öyrəndiyin ilk an bu sevinci kiminlə bölüşdün?

- Maksimum balı ailəmlə birlikdə öyrəndim .Əslində, nəticələrə ilk olaraq haradan baxa biləcəyimi tam dəqiq bilmirdim. Ona görə də cavabları elə atam, anam və ailə üzvlərimlə hamımız bir yerdə öyrəndik. O sevinci elə ilk saniyələrdən birlikdə yaşadıq.

– Uğur yolunda dəstək hər zaman önəmlidir. Sənə kimlər stimul verdi?

– Bu yolda ən böyük dəstəkçim valideynlərim olub. Onlar mənə hər zaman inanırdılar. Eyni zamanda, müəllimlərimə də minnətdaram. Xüsusilə Turan müəllimə, Murad müəllimə və Nəzakət müəllimə təşəkkürümü bildirirəm, onların zəhməti mənim üçün çox qiymətlidir.

- Hazırlıqlara nə vaxtdan başlamışdın? Gündəlik rejimin necə idi?

– Mən riyaziyyat fənnindən özümə əmin idim, ona görə bu fənnə çox vaxt sərf etmirdim. Azərbaycan dili və ingilis dilindən zəif olduğumu düşündüyüm üçün yay tətilindən bu fənlər üzərində işləməyə başladım. Xüsusi bir rejimim yox idi, amma düzənli oxuyurdum. Gündə təxminən 3-4 saat dərslərimə vaxt ayırırdım.

– İmtahan günü həyəcanını necə idarə etdin?

– İmtahan zalına daxil olanda heç həyəcanlı deyildim. Çünki il ərzində çoxlu sınaq imtahanlarında iştirak etmişdim və bu məndə vərdiş yaratmışdı. Sadəcə cavabları yoxlayan zaman bir az həyəcanlandım, o da təbii idi.
– Yüksək bal toplamaq üçün hobbilərdən, əyləncədən imtina etmək şərtdir?

– Mən düşünmürəm ki, uğur qazanmaq üçün nədənsə mütləq şəkildə imtina etmək lazımdır. Sadəcə mən əvvəllər çox vaxt sərf etdiyim məşğuliyyətləri bir az azaltdım və həmin vaxtı dərs oxumağa sərf etdim. Yəni balansı qorumaq kifayətdir.
– Gələcək planların necədir? Artıq hədəf seçilibmi?

– Bəli, gələcəkdə kompüter mühəndisi olmaq istəyirəm. Bu sahəyə böyük marağım var və növbəti hədəflərim də bununla bağlıdır.

- Qarşıda səni daha çətin – 11-ci sinif imtahanları gözləyir. Növbəti hədəfin nədir?

– Əlbəttə, hər bir məktəbli kimi mən də növbəti mərhələdə yenidən 300 bal toplamaq istəyirəm. Amma mənim üçün bu sadəcə bir rəqəm deyil, böyük bir hədəfə gedən yoldur. Əsas məqsədim ADA Universitetində təhsil almaqdır. Bilirəm ki, ora qəbul olmaq və orada oxumaq üçün daha çox çalışmalıyam.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 May 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri