Icma.az
close
up
RU
Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?

Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan qanunvericiliyinə görə, qanunsuz ağac kəsmək, yaşıllıqların məhv edilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Bununla belə, təcrübədə ağacların kəsilməsinə zərurət yaradan hallar da az olmur. Xüsusilə həyətyanı sahə və bağ evlərində.

Maraqlıdır, bəs bu hallarda da ağacların kəsilməsi məsuliyyət yaradır?  

“Qafqazinfo” xəbər verir ki, Meşə Məcəlləsinə əsasən, Azərbaycan ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.

Aşağıdakı yaşıllıqlar isə meşə fonduna daxil deyil:

- Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; 

- Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;

- Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar;

- Park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar;

- Məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar; 

- Sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər, küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar.

Lakin hər bir halda yaşıllıqların kəsilməsinə Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əsasən aşağıdakı hallarda yol verilir:

- Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;

- Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;

- Şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma rejimini pozduqda;

- Qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi aparıldıqda;

- Texnogen və ya təbii xarakterli fövqəladə hallar baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;

- Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

Digər hallarda isə ağacların kəsilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsinə görə, meşəqırma bileti olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, həmçinin digər hallara görə fiziki şəxslər 700 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 4500 manatdan 5500 manatadək məbləğdə cərimə edilir.

Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə isə fiziki şəxslər 2000 manat, vəzifəli şəxslər 4000 manat, hüquqi şəxslər 25000 manat miqdarında cərimə edilir.

Eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslər 2200 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 35000 manat miqdarında cərimə edilir.

Həmçinin sözügedən əməl magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslər 2500 manat, vəzifəli şəxslər 6000 manat, hüquqi şəxslər 40 000 manat miqdarında cərimə edilir. 

Eyni əməl su obyektlərinin və su təsərrüfatı obyektlərinin mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslər 3000 manat miqdarında, vəzifəli şəxslər 7000 manat miqdarında, hüquqi şəxslər 45 000 manat miqdarında cərimə edilir. 

Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda bu əməm cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinə görə, bu halda cinayət nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə və digər hallarda vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd edilən əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 4 ildən 7  ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Göründüyü kimi, ağac kəsilməsi olduqca ciddi məsuliyyət yaradır. Lakin bu qeyd edilən məsuliyyət tədbirləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsinə şamil olunmur. Meşə Məcəlləsinə əsasən, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.

Bir sözlə, həyətyanı və bağ sahələrində ağac kəsmə, məhv etmə və zədələməyə görə inzibati və ya cinayət məsuliyyəti yaranmır. Bir şərtlə ki, həmin ərazilərin xüsusi mülkiyyətdə olmasını təsdiq edən sənədlər olmalıdır.

Ceyhun Həmid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyul 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri